ABŞ İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə silah daşıyan gəmini ələ keçirib
ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının gəmiləri İrandan Yəmənə 2000-dən çox avtomat silah daşıyan balıqçı gəmisini ələ keçirib.
KONKRET.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, tutulan gəmidə qiyamçı husilər üçün qaçaqmalçılıq yolu ilə daşınan silah ələ keçirilib. Məlumata görə, gəminin heyəti 6 yəmənlidən ibarət olub: "Göyərtədə 2116 ədəd "AK-47" avtomatı aşkar edilib".
Qeyd edilib ki, 2022-ci ilin dekabrında ABŞ-ın Hərbi Dəniz Qüvvələri Oman körfəzində qanunsuz olaraq 50 tondan çox sursat, uzaqdan qoruyucu və silah istehsalı üçün lazım olan digər avadanlıqları daşıyan balıqçı gəmisinin tutulduğunu elan etmişdi. Noyabr ayında isə Pentaqon həmin bölgədə partlayıcı qurğularda istifadə oluna bilən 163 ton karbamid və ballistik raketlərin yanacağının tərkib hissəsi olan ammonium perxlorat daşıyan gəmini həbs etdiklərini bildirmişdi.
Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə İranın dəstəklədiyi husi qiyamçıları arasında silahlı qarşıdurma davam edir.
ABŞ başda olmaqla Qərb ölkələri Tehran hakimiyyətinin Yəməndəki qiyamçılara silah-sursatla yardım etdiyini bildiriblər.//Report

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır