ABŞ İranı sanksiyalarla HƏDƏLƏDİ
"İran Rusiyaya pilotsuz təyyarələri təhvil verərsə, ABŞ sanksiyalar mexanizmindən istifadə edəcək".
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti bu yaxınlarda İran istehsalı olan pilotsuz təyyarənin nümunəsini alıb:
"Biz təsdiq edə bilərik ki, son bir neçə həftə ərzində Rusiya rəsmiləri pilotsuz təyyarələrin təhvil verilməsinə dair razılaşmanın bir hissəsi kimi İranda təlim keçiblər".
Qeyd edək ki, ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, İran Rusiyaya pilotsuz uçuş aparatı, o cümlədən silah daşıya bilən PUA-ları ötürmək niyyətindədir. İran tərəfi bu iddianı təkzib edib.
ABŞ analitiklərin fikrincə, İran avqust ayında Rusiyaya döyüş PUA-larının ilk partiyasını göndərə bilər.
İqbal Rzayev,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?