ABŞ İraq ərazisində əməliyyat keçirir
"Amerika ordusu İranın dəstəklədiyi silahlı qrupların ABŞ əsgərlərinə hücumundan çəkindirmək üçün İraqda bir sıra hava hücumları həyata keçirib".
KONKRET.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
"Zərbələr ABŞ və tərəfdaşlarımıza qarşı silsilə hücumların qarşısını almaq üçündür. Eyni zamanda İranın dəstəklədiyi silahlı qrupların ABŞ personalına növbəti hücumlar həyata keçirməkdən və ya dəstəkləməkdən çəkindirmək məqsədi daşıyırdı", – deyə Bayden Konqresə yazılı müraciətində bildirib.
İranın dəstəklədiyi qruplar İraq və Suriyada İsrailin Qəzzada kampaniyasına qarşı çıxır və Vaşinqtonun İsrailə dəstəyinə görə ABŞ-ı günahlandırır. Pentaqon bildirib ki, İraqda hava hücumları nəticəsində "bir neçə Kataib Hizbullah döyüşçüsü" öldürülüb və qruplaşmanın istifadə etdiyi obyektlər məhv edilib. Vaşinqton həmçinin bildirib ki, İran Qırmızı dənizdə gəmiçiliyə qarşı əməliyyatların planlaşdırılmasında da iştirak edir.
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi