ABŞ kəşfiyyatı Netanyahu ilə bağlı elə bir məlumat yaydı ki
ABŞ kəşfiyyat xidmətləri Tramp administrasiyasını İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtonun İranla əldə etdiyi uzunmüddətli sülh razılaşmasını pozmaq üçün addımlar atacağı barədə xəbərdar edib. Bu barədə "The Washington Post" nəşri ABŞ-ın hazırkı və keçmiş rəsmilərinə istinadən məlumat yayıb.
KONKRET.az xəbər verir ki, kəşfiyyatın qiymətləndirmələrinə görə, İsrail hökuməti aşılanmış sülh şərtlərinə baxmayaraq, Livandakı "Hizbullah" qüvvələrinə qarşı hərbi əməliyyatları davam etdirmək niyyətindədir. Halbuki, hərbi əməliyyatların dayandırılması həm yeni imzalanmış ABŞ-İran memorandumunun, həm də regional sabitliyin təməl şərtlərindən biridir.
Mənbələrin verdiyi məlumata görə, Tel-Əvivdə hesab edirlər ki, bu razılaşma İsrailin öz təhlükəsizliyini təmin etmək imkanlarını məhdudlaşdırır. Bundan əlavə, daxili siyasi vəziyyət də həlledici rol oynayır: seçkilər ərəfəsində Livan məsələsində hər hansı bir güzəştə getmək Netanyahu üçün siyasi fiasko kimi qiymətləndirilə bilər.
Kəşfiyyat hesabatlarında xüsusilə qeyd olunur ki, Netanyahunun siyasi gələcəyi birbaşa Livana qarşı sərt mövqe nümayiş etdirməkdən və İsrailin bu ölkədəki hərbi mövcudluğunu qoruyub saxlamaqdan asılıdır. Bu vəziyyət Vaşinqtonun bölgədəki diplomatik səyləri ilə İsrailin regional təhlükəsizlik strategiyası arasında ciddi ziddiyyətlərin yarandığını bir daha sübut edir.
Natiq Səlim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK