ABŞ kəşfiyyatını ifşa edən Snouden Rusiya vətəndaşlığı üçün müraciət etdi

ABŞ kəşfiyyatını ifşa edən Snouden Rusiya vətəndaşlığı üçün müraciət etdiABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Eduard Snouden Rusiya vətəndaşlığı üçün müraciət etməyə qərar verib.
Publika.az-ın məlumatına görə, bu barədə, o, özünün tvitter hesabında yazıb.
İllərdir valideynlərimizdən ayrıldıqdan sonra həyat yoldaşımla oğlumuzdan ayrılmaq istəmirik. Bu səbəbdən, pandemiya dövründə və qapalı sərhədlərdə ikili ABŞ-Rusiya vətəndaşlığı üçün müraciət edirik.
"Uzun illər valideynlərimizdən ayrı qaldıqdan sonra həyat yoldaşımla oğlumuzdan ayrılmaq istəmirik. Bu səbəbdən bu pandemiya dövründə və qapalı sərhədlərdə ikili ABŞ-Rusiya vətəndaşlığı üçün müraciət edirik", - sabiq zabit qeyd edib.
Eduard Snouden kimdir?
Eduard Snouden Şimali Karolina ştatında 1983-cü ilin 21 may tarixində dünyaya gəlib. Uşaq vaxtı Snoudenin ailəsi Milli Təhlükəsizlik Agentliyinin (NSA) əsas binasının yaxınlığına köçür. O, orta məktəbin son illərində təhsilini yarımçıq qoyur. Daha sonra kollecdə müxtəlif dərslər alsa da, heç vaxt məzun ola bilmir. 2004-cü ildə Ordunun Xüsusi Təyinatlı dəstəsində xidmətə cəlb edilsə də, 4 ay sonra uzaqlaşdırılır.
2005-ci ildə bir araşdırma mərkəzində mühafizəçi kimi çalışan Eduardın kompüter bilikləri işçilərin diqqətini çəkir və o, 2006-cı ildə işə götürülür. Burada bir çox gizli əməliyyatlar həyata keçirən Edvard 2009-cu ildə MTA-ya keçid edir.
2013-cü ildə xəstəliklə bağlı icazə alıb Honkonqa yola düşən Eduard sonrakı aylarda "The Guardian" və "The Washington Post" qəzetlərinə MTA-nın məxfi məlumatlarını, o cümlədən, ABŞ xüsusi xidmət orqanları tərəfindən PRISM, "X-Keyscore" və "Tempora" informasiya və əlaqə şəbəkələri vasitəsilə bir çox dünya ölkələrinin vətəndaşlarının informasiya mübadiləsinə total nəzarət həyata keçirilməsinə dair məlumatları ötürüb. Snoudenin yaydığı məlumatlarda "Verizon" operator şirkətinin milyonlarla istifadəçisinin zəng məlumatlarını dövlətə verməsi ilə bağlı gizli materiallar yer alıb. Eduard daha sonra "NSA", "Google", "Facebook" və "Apple" serverlərinə birbaşa giriş əldə edib.
Hadisədən sonra ABŞ hökuməti Edvard Snoudeni cəsusluqda günahlandırır. Ağ Ev rəsmiləri Snoudeni Honkonqdan ekstradisiya etməyə çalışsalar da, Çin və Honkonq hökuməti ABŞ-ın bu istədiyini geri çevirir. Sonra isə "Vikiliks" media qrumunun köməyi ilə Eduard Moskvaya uçur. Burada qaçqın kimi yaşayış hüququ alan Edvard daha sonra "Vikiliks" komandasıyla aeroportu tərk edərkən görüntülənir.
Pentaqonun qapalı hesabatında qeyd edilir ki, Snouden 1,7 milyon məxfi faylı oğurlayıb ki, onların da çoxu "ABŞ ordusunun, donanmasının, dəniz piyadalarının və hərbi-hava qüvvələrinin həyati vacib əməliyyatlarına" aiddir.
Snouden 1 avqust 2013-cü ildən indiyədək Rusiyada sığınacaq tapıb. Onun Rusiyada qalmaq icazəsi 2020-ci ilə qədər uzadılmışdı. Lakin daha sonra müddətsiz yaşama hüququ verilib. Onun dəqiq yaşayış yeri təhlükəsizlik məqsədilə gizli saxlanılır.
Zümrüd

Dünya       Tarix: 02 noyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler en sonxeber hava durumu axsam az xeberler