ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hindistan qızdırma üçün hazırlanmış "Hidroksiklorokin" preparatını və bənzər dərmanları koronavirusla mübarizə üçün ABŞ-a ixrac edəcək.
Milli.Az xəbər verir ki, ABŞ dərmanların müqabilində Hindistana 2,9 milyon dollar ödəyəcək.
Hindistanın Baş naziri Narendra Modi ilə telefonda danışan ABŞ Prezidenti Donald Tramp "Hidroksiklorokin"i koronavirusa qarşı inqilabi dərman adlandırıb. Lakin qızdırma preparatı olan "Xlorokin"lə bənzər tərkibdəki bu dərmanın koronavirusun müalicəsində effektiv olduğu istiqamətində elmi araşdırma yoxdur.
Qeyd edək ki, ABŞ Hindistanı Rusiyadan zenit-raket kompleksləri aldığına görə dəfələrlə sanksiya tətbiq edəcəyi ilə təhdid edib. Bundan sonra Hindistan ABŞ-la bəzi iqtisadi münasibətlərində məhdudlaşdırmalara gedib. ABŞ mediası bu məhdudiyyətlərin Trampın Hindistana qarşı təhdidlərini geri götürdükdən sonra aradan qalxdığını yazır.
Xatırladaq ki, Tramp "Hidroksiklorokin"in koronavirusun müalicəsində istifadə edilməsi üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə alındığını açıqlamış, idarə isə bunu təkzib etmişdi. (publika.az)
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ