ABŞ "Meta"nı CƏRİMƏLƏDİ
ABŞ-ın Vaşinqton ştatının hakimi "Meta" şirkətini siyasi kampaniyaların maliyyələşdirilməsi haqqında qanunu dəfələrlə və bilərəkdən pozduğuna görə 24,7 milyon dollar cərimələyib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu qanun "Meta" kimi şirkətlərdən siyasi reklam alanların adlarını, ünvanlarını, reklamların təyinatını, necə ödənildiyini və ümumi baxış sayını ictimaiyyətə açıqlamağı tələb edir.
Bildirilir ki, televiziyalar və qəzetlər onilliklər ərzində qanunlara tabe olublar.
Bununla belə, "Meta" qanunun konstitusiyaya zidd olduğunu və ona tam əməl olunmasının mümkün olmadığını iddia edərək, tələblərə dəfələrlə etiraz edib.
Məlumata görə, "Facebook" platformada yerləşdirilən siyasi reklamların arxivini saxlasa da, qanunlarının tələb etdiyi bütün məlumatları açıqlamır.
Qeyd edək ki, "Facebook", "Instagram" və "WhatsApp"ın sahibi "Meta"nın gəliri bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü