ABŞ Niderlanda beşinci nəsil "F-22 Raptor" qırıcılarını yerləşdirdi
ABŞ NATO-nun Havadan Mühafizə missiyası çərçivəsində Polşada təlimlər üçün müvəqqəti yerləşdirilmiş beşinci nəsil "F-22 Raptor" qırıcı-bombardmançılarını Niderlanda köçürüb.
KONKRET.az "İnterfax"a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığı məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın "F-22" təyyarələri təlim uçuşlarını Polşanın "F-16" və İtaliyanın "Eurofighter Typhoon" qırıcıları ilə birgə həyata keçirib.
Məlumata görə, bazar ertəsi alyansa üzv ölkələrin hərbi hava qüvvələri "Steadfast Noon" təlimlərinə başlayıb.
Belçika, Böyük Britaniya və Şimal dənizi ərazilərində keçiriləcək və oktyabrın 30-dək davam edəcək hava təlimlərinə NATO-nun 14 ölkəsindən 60 təyyarə cəlb olunacaq.
Bu məqsədlə ABŞ Hərbi Hava Qüvvələri Avropaya nüvə silahı daşımağa qadir olan "B-52H" strateji bombardmançı qrupunu göndərəcək.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü