ABŞ-nin "Azərbaycan Ermənistana müdaxilə edəcək" iddiasının PƏRDƏARXASI

ABŞ-nin Nüfuzlu "Politico" nəşri yazır ki, ABŞ dövlət katibi Antoni Blinken Konqresin bir qrup nümayəndəsinə Azərbaycanın tezliklə Ermənistana hərbi müdaxilə edəcəyini bildirib.
Bu çağırış Azərbaycanın Qarabağdakı separatçı rejimə qarşı effektiv əməliyyatlarının nəticəsi olaraq Ağ Ev administrasiyasında yaranan dərin narahatlıqdan xəbər verir.
İlk baxışda belə təəssürat yarana bilərdi ki, ümumiyyətlə Blinken belə bir fikir səsləndirməyib, ancaq sonradan "Amerikanın Səsi" Dövlət Departamentinə sorğu göndərəndə hər şey gün işığına çıxıb.
Dövlət Departamentinin cavabında nə təsdiq, nə də təkzib var və güc tətbiq edilməklə həll yolunun qəbuledilməzliyi vurğulanır.
Dolayısı ilə yayılan iddianın doğru olduğu təsdiqlənir, yəni ABŞ yaxın günlərdə Azərbaycanın Ermənistanın cənubuna müdaxilə edə biləcəyi mövqeyini təkrarlayır.
Etiraf etmək lazımdır ki, Azərbaycanla ABŞ arasındakı əməkdaşlıq ruhu nahamar marşrutlara baxmayaraq inkişaf edib, iki dövlətin maraqlarını strateji tərəfdaşlıq, təhlükəsizlik, enerji sahəsindəki əlaqələr birləşdirir.
ABŞ-nin cığallıq dərəcəsini çoxaltmasnın səbəbi onun qlobal və regional maraqlarının Rusiya və Çin qarşısında aciz duruma düşmək qorxusu ilə əlaqəlidir.
Burada Yaxın Şərq coğrafiyasındakı intonasiya ilə Cənubi Qafqaz arasında paralellik aparmağa lüzum yaranır. Belə ki:
– Yaxın Şərq cəbhəsinin Suriya oxunda ABŞ-nin maraqları Rusiya və İran tərəfindən sıxışdırılır,
– ABŞ-nin İsraillə Fələstin arasında genişmiqyaslı toqquşma başlayandan sonra Yaxın Şərqdəki maraqlarına zərbə dəyir,
– Bu faktoru Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə İsrail arasındakı normallaşma münasibətlərindəki vasitəçilik səylərinə kölgə düşməsi ilə görmək olur,
– Çin Yaxın Şərqdə ABŞ-nin strateji konsepsiyası önündə əngəllər yaradır,
– ABŞ Rusiya-Ukrayna müharibəsindən karlı çıxmaq üçün nə qədər əlləşsə də, postsovet məkanında, o cümlədən Cənubi Qafqazda Rusiyanın sıxışdırılmasına nail ola bilmir.
ABŞ indi mümkün gərginliklərlə maraqlarını dinamikləşdirib möhkəm platforma qurmağa çalışır.
O, Azərbaycan-Ermənistan sülh gündəliyini hərbi gərginliyin nəticəsi kimi əlinə keçirib rəqiblərini meydançadan qovmağa cəhd edir. Hərçənd Ağ Evin strateji əhəmiyyətini dərk etdirmək qabiliyyətinin getdikcə öləziməsi fonunda hansısa mühüm nəticə əldə edəcəyini söyləmək çətindir.
Düzdür, ABŞ müəyyən proseslərdə pərdəarxası oyunçudur, çox da özünü gözə soxmaqda maraqlı deyil, gah Avropa İttifaqının nüfuzundan, gah da başqa alətlərdən istifadə edərək maraqlarını qoruyur.
Amma böyük bir planda ABŞ Cənubi Qafqazda Rusiyanın aktivlərini azaltmaqda xeyli müşküllə üzləşir, bunun bir səbəbi də Vaşinqtonun qlobal arenada strateji risklərlə qarşılaşmasıdır.
ABŞ-nin Cənubi Qafqazı strateji enerji mənbələrinin nüvəsində tutmaq istəyi başadüşülən olsa da, bunun Azərbaycana qarşı kampaniyanın elementi kimi hərəkətə keçirmək regiona xoş aura vəd etmir.
ABŞ-nin radikal proqramlar təqdim etməsi iki regionu – Yaxın Şərq və postsovet məkanı – Vaşinqtonun nəzərində eyni strateji coğrafiya kimi qavranılmasını şərtləndirir.
ABŞ-nin:
– Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra regionda "təhlükəsizlik çətirini" hiss etdirməsi üçün qoşun cəmləməsi,
– Paralel olaraq "Azərbaycan Ermənistana müdaxiləyə hazırlaşır" informasiya əməliyyatını hazırlaması iki regionla əlaqədar ümumi anlayışı vurğulayır.
Azərbaycanın isə Ermənistana hərbi müdaxilə etmək kimi bir fikri yoxdur, o başqa məsələ ki, Bakı İrəvanın sülh gündəliyindən yayınıb başqa hərəkətlər etməsinə cavab olaraq güc tətbiqinə müraciət edə bilər.
Lakin cari vəziyyət üçün belə bir hərəkətlilik yoxdur, ümumiyyətlə Azərbaycanın Qarabağdakı antiterror tədbirlərindən sonra regionda hərbi cəhətdən sabitlik hökm sürməkdədir.//Yenisabah / konkret.az

Siyasi       Tarix: 14 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 azerbaycan cəbhədən son görüntülər ən son xeberler cəbhədən şad xəbər