ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib

ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyibABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Tramp bu barədə "Fox News"un müxbiri Trey İnqsta bildirib, eləcə də "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"Əgər İran Hörmüz boğazını bağlasa, mən onları yerlə yeksan edəcəyəm. Siz oranı bağlasanız, ölkəniz olmayacaq. Siz heç öz ölkənizə geri qayıda bilməyəcəksiniz", – Tramp İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) müraciət edərək deyib.
Tramp şənbə günü Hörmüzdən 19 milyon barel neftin keçdiyini bildirib və əlavə edib ki, ABŞ bu marşrut üzərində nəzarəti öz üzərinə götürə və neftin 20 %-ni ala bilər.
"Məcbur qalsaq, boğazı nəzarətə götürməyimiz mümkündür. Əgər onlar razılaşma əldə etməsələr, biz rüsumlar alacağıq", – o bildirib.
Bundan əlavə, o, İranı "Hizbullah" qruplaşmasının da fəaliyyət göstərdiyi Livandakı proksi qüvvələrini cilovlamağa çağırıb.
"İran Livanda problemlər yaradan yüksək ödənişli proksi qüvvələrinin fəaliyyətini dərhal dayandırmalıdır. Əgər bunu etməsələr, biz keçən həftə etdiyimiz kimi, lakin daha güclü şəkildə İrana yenidən zərbə endirəcəyik!" – Tramp yazıb.
O həmçinin əlavə edib ki, Suriya Prezidenti Əhməd Əl Şaraa Livanın cənubuna daxil olmaq və "Hizbullah"la mübarizəyə qoşulmaq səlahiyyəti vermək imkanını nəzərdən keçirir.
Tramp bildirib ki, ABŞ və İran arasında anlaşma memorandumu çərçivəsində müəyyən edilmiş 60 günlük atəşkəs və danışıqlar sadəcə bir seçimdir və bunun müddəti başa çatdıqdan sonra o istədiyi hər şeyi edə biləcək.

Siyasi       Tarix: 22 iyun 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır. xəbər verir ki, Zelenski ABŞ tərəfində

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə


son xeberler yeni xeberler azerbaycan xeberleri futbol xeberleri sonxabar en son xəbərlər bugün xeber.az bu gun