ABŞ prezidentliyinə namizəd erməniləri Qarabağa qaytarmağa söz verdi
ABŞ prezidentliyinə namizəd Robert Kennedi videomüraciətində Qarabağı tərk etmiş erməniləri geri qaytarmaq və öz müqəddəratını təyinetməni təşviq etmək üçün Amerika rıçaqlarından istifadə edəcəyinə söz verib.
KONKRET.az Yenisabah.az-a istinadən xəbər verir ki, Kennedi çıxışında "Artsax" adından istifadə edib.
"ABŞ hökuməti ermənilərin "Artsax"a təhlükəsiz qayıtmasını təmin etmək və onların öz müqəddəratını təyinetmə hüququnu qorumaq üçün tədbirlər görmək üçün beynəlxalq ictimaiyyəti səfərbər etməlidir", – ABŞ prezidentliyinə namizəd bildirib.
ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
Robert Kennedi prezident seçkilərində Demokratlar Partiyasının nümayəndəsi kimi deyil, müstəqil namizəd kimi iştirak edəcək.
Qeyd edək ki, Demokratlar Partiyasından prezident seçkisində əsas namizəd hazırkı dövlət başçısı Co Baydendir.
Hüquqşünas Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur. Onun 69 yaşı var.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi