ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ARAŞDIRILACAQ
ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Respublikaçılar Partiyasının üzvləri 2021-ci ildə Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı vəziyyəti araşdırmaq niyyətindədirlər.
KONKRET.azxəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Nəşr respublikaçı Ceyms Komerin ABŞ-ın müxtəlif departamentlərindəki elektron poçtlarına giriş əldə edib. ABŞ konqresmeni Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası, Pentaqon, ABŞ Daxili Təhlükəsizlik Departamenti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ Hökumətinin Əfqanıstanın Yenidənqurulması üzrə Baş Müfəttişi (SIGAR) ilə əlaqə saxlayıb.
Konqresmen kontingentin Əfqanıstandan çıxarılması ilə bağlı bütün məsələlərlə bağlı sənədlər tələb edib.
Qeyd edək ki, ABŞ silahlı qüvvələrini ölkədən çıxarmaq qərarını elan etdikdən sonra "Taliban" Əfqanıstan üzərində nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. 15 avqust 2021-ci ildə "Taliban" döyüşsüz Kabilə daxil olub və Prezident Əşrəf Qani respublikanı tərk edib. Sentyabrın 6–da "Taliban" hərəkatı bütün Əfqanıstan ərazisinə nəzarəti bərqərar etdiyini, sentyabrın 7-də isə legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı