ABŞ Rusiyaya görə bunu etdi
ABŞ Ukraynaya tədarük etdiyi HIMARS reaktiv raket sistemlərinin Rusiya ərazilərinə hücum üçün istifadə edilməməsinin yolunu tapıb.
KONKRET.az xəbər verir ki, bununla bağlı "The Wall Street Journal" qəzetində maraqlı məlumat yayılıb.
Qəzetin yazdığına görə, ABŞ mühəndisləri həmin raketlərin uçuş məsafəsini azaldıblar.
Qəzetin danışdırdığı, adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisinin sözlərinə görə, belə bir ehtiyat addım Rusiya ilə münaqişənin gərginləşməsi riskini azaltmaq üçün atılıb. O bildirib ki, modifikasiya edilmiş qurğulardan uçuş məsafəsi 300 kilometrə qədər olan ATACMS raketlərinin buraxılması üçün istifadə oluna bilməz.
WSJ-nin informasiyasına görə, ABŞ Ukraynaya bu cür raketlər verməyib. Lakin gələcəkdə rəsmi Kiyev başqa mənbələrdən ATACMS alacağı halda HIMARS atılması mümkün olmayacaq.
Pentaqon Ukraynaya ötürülən sistemlərdə hansı dəyişikliklərin edildiyi barədə ətraflı məlumat vermir. ABŞ ordusu yalnız bunun proqram təminatı və mexaniki hissələrə aid olduğunu təsdiqləyir.
ABŞ Ukraynaya 20 HIMARS sistemi və təxminən 75 km-lik mənzilli peyklə idarə olunan raketlər verib. Bu raketlər işğal olunmuş Ukrayna ərazisində Rusiyanın sursat anbarlarına, nəqliyyat şəbəkələrinə və komanda məntəqələrinə zərbələr endirmək üçün aktiv şəkildə istifadə olunur.//Musavat.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü