ABŞ siyasətinin hiyləgərliyi: Rusiya ilə gizli müttəfiq olan Vaşinqton Avropa İttifaqını necə aldadır?

ABŞ siyasətinin hiyləgərliyi: Rusiya ilə gizli müttəfiq olan Vaşinqton Avropa İttifaqını necə aldadır?Rusiya sentyabrın 27-də "Şimal axını" əsas marşrutu üzrə Avropaya təbii qaz nəqlini tamamilə dayandırıb. Qaz nəqlinin zədələnmiş avadanlıqlar təmir olunduqdan sonra bərpa ediləcəyi açıqlansa da, bunu Rusiya tərəfindən Qərbə bir xəbərdarlıq kimi də qiymətləndirənlər az deyil. Bəs görəsən Rusiya qaz nəqlini dayandırmaqla Qərbə xəbərdarlıq edir, yoxsaproblem həqiqətən də texniki məsələ ilə əlaqədardır?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, rəsmi izah müxtəlif cür elan oluna bilər: "Rusiya tərəfi üçün bəhanələr tapmaq çətin deyil. Reallıq ondan ibarətdir ki, son aylar baş verən proseslər, Ukraynadakı münaqişə yalnız siyasi və hərbi məsələlər deyil, daha çox iqtisadi amillərlə bağlıdır. Biz görürük ki, faktiki olaraq Rusiya 1972-ci ildən bəri çıxış etdiyi Avropanın xammal bazası rolundan çəkinməyə çalışır. Burada ABŞ-ın da çox böyük maraqları var. Bunun məntiqi əsası mövcuddur. Çünki, Sovet İttifaqının, sonra isə Rusiyanın bu rolda çıxış etməsi öncə SSRİ-nin dağılmasına səbəb oldu. İndi də Kreml rəhbərliyi anlayır ki, prosesin bu cür davam etməsi Rusiya iqtisadiyyatının çökməsi ilə nəticələnəcək. Ona görə də, Rusiya xammal bazası kimi çıxış etmək siyasətindən yayınmağa çalışır. Yumşaq desək Avropadan yaxa qurtarmaq istəyir. Digər tərəfdən isə bu addımla Avropa iqtisadiyyatının çökdürülməsi kimi bir hədəf mövcuddur. Bu hədəfdə ən maraqlı tərəflərdən və Rusiyanın görünməyən müttəfiqlərindən biri də ABŞ-dır. Sözdə Avropa İttifaqının ən yaxın müttəfiqi olan ABŞ bu məsələdə Rusiya ilə həmfikirdir. Burada ABŞ çox böyük siyasi və iqtisadi dividentlər əldə edir. Bir tərəfdən Rusiya qazının real alternativi ABŞ-ın mavi yanacağıdır. Qiyməti çox baha olmasına rəğmən Avropa bu qazı almaq məcburiyyətindədir. Digər tərəfdən isə ABŞ öz ixracatını və valyutadaxilolmalarını artırır. Həmçinin ABŞ Avropanın siyasi və hərbi cəhətdən özündən asılılığını təmin edir. Çünki Rusiya ilə münaqişədə Avropanın heç bir ölkəsi tab gətirə bilməz. Bu halda Qərbin müraciət mənbəyi yenə də Amerika olacaq. Avropa üzərində hegemonluq üçün isə bu, çox əla fürsətdir".
ABŞ siyasətinin hiyləgərliyi: Rusiya ilə gizli müttəfiq olan Vaşinqton Avropa İttifaqını necə aldadır?İqtisadçının sözlərinə görə, ABŞ siyasətinin hiyləgərliyi həddən artıq çoxdur: "Çünki Avropa İttifaqının əsas müttəfiqi ola-ola faktiki şəkildə Qərbin çökməsinə istiqamətlənən siyasət həyata keçirir. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bunu Avropa liderləri ya dərk etmək istəmirlər, ya da onların siyasəti öz ölkələrinin milli maraqlarına cavab vermir. Rusiya onsuz da ilin əvvəlindən Avropaya qaz ixracını kəskin şəkildə azaldıb. İlin sonuna qədər isə az qala qaz satışının üçdəikisi azalacaq. Amma yenə də Rusiyanın qaz ixracından valyutadaxilolmaları artıb. Digər tərəfdən Rusiya öz qazını Asiya bazarına istiqamətləndirməyi hədəfləyir və bu istiqamətdə addımlar atır. Eyni zamanda Rusiyanın daxilində qaz emalı ilə bağlı çox geniş imkanlar var. İqtisadiyyatlarını inkişaf etdirmək əvəzinə özlərini Avropanın xammal bazasına çeviriblər. Rusiya bundan çəkinməlidir. Əks halda iqtisadiyyatının bütün istiqamətlərdə deqredasiyaya uğraması ilə nəticələnəcək. Hesab edirəm ki, münaqişənin uzadılması belə böyük bir siyasətin məntiqi nəticəsidir. Bu gün Putin həm də Rusiyanın milli maraqlarına uyğun siyasət həyata keçirməyə mane olan elitadan yaxa qurtarmağa çalışır. Bu siyasəti qoymaqla onların Rusiya elitasında yeri olmadıqlarını sübuta yetirir. Odur ki, indiki Rusiya hakimiyyəti qarşısında olduqca mürəkkəb bir hədəf dayanıb. Amma Rusiyanın gücləndirilməsinin başqa yolu yoxdur və ona görə də bu cür siyasət həyata keçirilir. Düşünürəm ki, bu hədəflərə çatana qədər müharibə davam edəcək və əvvəlki kimi Rusiya Avropanın xammal bazası olmayacaq".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 28 sentyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu son xəbərlər metbuat xeberleri son xəbər