ABŞ təbliğat şəbəkəsi "Toplum TV" işi üzrə tezisini dəyişməyə məcbur olub

ABŞ təbliğat şəbəkəsi

" class="imgbcode" />Qrant qaçaqmalçılarının etirafları vəziyyəti dəyişib.
"Azadlıq Radiosu" qrant qaçaqmalçılığında şübhəli bilinərək təhqiqata cəlb edilmiş KİV-lər üzrə yeni məqalə yayıb. "Tənqidçi media möhtac duruma düşüb" başlığı ilə yayımlanan məqalə Qərb mərkəzlərindən qeydiyyatsız qrantlar alan "Toplum TV" və "Abzas Media"nın əməllərinə haqq qazandırmaq niyyəti güdür (). İddi olunur ki, guya Azərbaycan KİV-lərinin "reklam gəlirləri azalıb", "maddi durumları pisləşib". Bu baxımdan  "xarici donorlardan yardım almağa ehtiyacı yaranıb".  "Amma Azərbaycanda xarici donorlardan qrant almaq prosesi yasaqlandığı üçün, qrantları leqal yolla almaq imkanları tükənib". Məqalənin məntiqi yekunu budur ki, "Toplum TV", "Abzas Media" və ətrafındakı şəbəkə xaricdən qeyri-leqal yollarla qrant almaq məcburiyyətində qalıb.
Eyni məzmunlu məqalə fərqli başlıq altında "Amerikanın səsi" radiosu tərəfindən tirajlanıb. "Azərbaycanda müstəqil mediaya qarşı basqılar" başlığı ilə yayımlanan məqalədə "Azadlıq Radiosu"nda səsləndirilmiş  "arqumentlər" olduğu kimi  təkrarlanıb. Bu iki məqalədə nəinki "arqumentlər", hətta fikri soruşulan "ekspertlər" də eynidir (  ).
Nəzərə alaq ki, qeyd edilən ideya  Nyu-Yorkda mənzillənən "Jurnalistləri Müdafiə Komitəsi" (CPJ) tərəfindən də gündəmə gətirilib. "Azadlıq Radiosu", "Amerikanın səsi" ilə yanaşı "JAMnews", "OC media" və CPJ tərəfindən də tirajlanıb. Beləliklə, çevrə tamamlanır. Bəlli olur ki, qrant qaçaqmalçılığına haqq qazandıran tezislər ABŞ-nin ideoloji təxribat mərkəzlərində hazırlanıb, nəzarətlərində olan "təbliğat şəbəkəsi"nə ötürülüb, tirajlanması təmin edilib.
Məqalədə istinad olunan  "arqumentlər" yanlışdır. Qısaca qeyd edək ki, ölkəmizdə 100-lərlə KİV subyekti mövcuddur. Onlar satış, elan və reklamlardan gələn gəlir üzərində fəaliyyət qurublar. Sıxıntı ilə üzləşəndə, yaxud, əlavə layihələr icra edəndə zəruri maliyyə qaynağı tapmaq üçün üz tuta biləcəkləri  milli donor institutları mövcuddur. MEDİA  İnkişaf Agentliyi hər il 60-a yaxın  KİV sukyetinə maddi dəstək göstərir. "Toplum TV", "Abzas Media" və ətrafındakı şəbəkə nə üçün bu imkanlardan yararlanmayıb, yalnız xarici donorlara üz tutub?  "Azadlıq Radiosu" bu sualların üzərindən keçir.
Xarici donorlardan qrant almaq da Azərbaycanda yasaq deyil. "Azadlıq Radiosu" bu hal üzrə yanlış arqument səsləndirib. Qanunun tələbi budur ki, qrantlar xarici donorlardan leqal fəaliyyət üçün alınsın. Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilsin və  qanuna müvafiq olaraq leqal formada realizə edilsin. "Toplum TV" və "Abzas Media"şəbəkəsi xaricdən verilən qrantları nə üçün qeydiyyatdan keçirməyib, qeyri-leqal yollarla alıb? Aldıqları qrant vəsaitlərini hansı layihələrə həsr ediblər? ABŞ təbliğat şəbəkəsinin  "Azadlıq Radiosu" və  "Amerikanın səsi" üzərindən yaydığı  məqalələrdə qeyd edilən suallara aydınlıq gətirilməyib. Beləliklə, dərc edilmiş məqalələr daha çox ictimai fikri çaşdırmaq üçün hazırlanmış manipulyasiya predimeti  kimi diqqət çəkib.
Bununla yanaşı, qeyd edilən məqalələr müəlliflərinin iradəsindən asılı olmayaraq, bir çox sualların cavablandırılması üçün ipucu verib. Aydın şəkildə görünür ki, ABŞ təbliğat şəbəkəsi "Toplum TV" və "Abzas Media" işi üzrə irəli sürdüyü ilkin müdafiə tezislərini dəyişib. Son iki ay ərzində səsləndirilmiş müdafiə tezisləri arasında kəskin təzadlar ortaya çıxıb.
Təhqiqat  prosesi başladılan ilk aylarda ABŞ təbliğat maşını iddia edirdi ki, "Toplum TV"və "Abzas Media" əməkdaşlarına qarşı irəli sürülən ittihamlar əsassızdır. Yəni, onların qrant qaçalmalçılığında iştirakları inkar edilirdi. "Şərlənərək həbs olunduqları" vurğulanırdı. İndiki tezisin motivi isə budur ki, "Abzas Media" və "Toplum TV" redaksiyaları qrant qaçaqmalçılığına bulaşıblar. Amma bunu "məcburi  səbəblərdən ediblərlər". "Azadlıq Radiosu" və  "Amerikanın səsi" üzərindən yayılan son məqalələr "qrant qaçaqmalçılığının zəruri səbəblərdən törədildiyini" əsaslandırmağa həsr edilib.
Göründüyü kimi, təzadlı, biri digərini inkar edən tezislərdir.
ABŞ təbliğat şəbəkəsi öz tezisini nə üçün dəyişib? Hansı səbəbdən yeni, özü-özünü inkar edən arqumentlər səsləndirib?  Bu suallara cavab axtararkən, ilginc detallar üzə çıxır.
Qərb ölkələrinin səfirlikləri üçün "sürpriz hesabat" hazırlanıb
Məlumat vermişdik ki, cinayət məsuliyyətinə cəlb edilmiş "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri Akif Qurbanov, "Toplum TV"-nin təsisçisi Ələsgər Məmmədli, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və onlarla birlikdə saxlanılanların işi üzrə yeni faktlar aşkarlanıb. İstintaqın əldə etdiyi sənədlər bu şəxslərin qrant qaçaqmalçılığında iştirakı üzrə şübhələri təsdiqləyib. Bəlli olub ki, şəbəkə formasında hərəkət edən bu şəxslər ABŞ-nin "İnternews", USAİD, Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi", NESEHNUTİ, "People in Need" təşkilatları, həmçinin, "Beynəlxalq Fakt Yoxla Platforması", "OCCRP" layihələri ilə əməkdaşlıq müstəvisində "qrant" vəsaiti almaq üçün xarici banklarda hesablar açıblar. Azərbaycanda qeydiyyatdan keçirilməyən, yüz minlərlə avro məbləğində   "qrant" vəsaitlərinin qeyri-leqal yollarla ölkəyə gətirilib realizə olunması üçün həmin bank hesablarından istifadə ediblər. "Toplum TV"-nin qrant qaçaqmalçılığında iştirakını təsdiqləyən yeni detallar üzə çıxıb" başlığı ilə yayımlanmış məqalədə  adı çəkilən şəxslərin hesab açdıqları xarici bankların ünvanları da göstərilib ( ). Bu sırada  Almaniyanın "Deutsche Bank and Commerzbank",  ABŞ-nin "US Citibank",  Avstriyanın "Raiffeisen Bank International", Çexiyanın " UniCredit Bank Czech",  Gürcüstanın "TBK Group" banklarının adları qeyd edilib.
Son günlərdə isə bu istiqamətdə indiyədək bilinməyən əlavə məlumatlar üzə çıxıb. Bəlli olub ki, "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri Akif Qurbanov və "Toplum TV"-nin təsisçisi Ələsgər Məmmədlinin əldə etdikləri qanunsuz qrant vəsaitləri barədə ictimailəşdirilmiş rəqəmlər onların ümumi qrant dövriyyəsinin simvolik bir hissəsini təşkil edir.  "Toplum TV" işində söhbət böyük məbləğdə pullardan gedir. İstintaq qurumu ictimai rəydə tektonik effekt yarada biləcək böyük məbləğlər barədə sənədləri əldə edib.
Gələn məlumatlarda qeyd olunur ki, istintaqa ifadə verən şəxslərin sırasında günahını etiraf edənlər, əlində olan sənədləri  istintaqa təqdim edənlər vardır. Bu sənədlər hansı Qərb institutlarından qrant adı altında nə qədər vəsait alındığını, həmin vəsaitlərin hansı istiqamətlərə xərcləndiyini detallı şəkildə göstərir.
Əlavə olaraq, istintaqa təqdim edilən sənədlər qrant qaçaqmalçılığından daha ağır cinayətlərin izini açır. Xatırlayırıq ki, fəaliyyəti barədə ilkin araşdırmalar başladılarkən  qeyd edilirdi ki, onların  yeganə qüsuru  qrant üzrə qanunvericiliyi pozmalarında, qrant vəsaitlərini qeydiyyatdan yayındırmalarında, nəhayət, bu vəsaitləri mənimsəmələrində  deyil. Problem həm də onların icra etdikləri "qrant layihələri"nin məzmunundadır. Hədəfləri anti-milli ovqatlıdır. ABŞ və  Fransanın  Azərbaycanı hədəf seçmiş  layihələrində rol alıblar. "Erməni şəbəkəsi"nin revanşist hərəkətlərinə haqq qazandıran tezislərin Azərbaycan auditoriyasına ötürülməsini təmin ediblər. Beynəlxalq güc mərkəzlərinin Azərbaycanı şərləmək üçün qurduqları planları əsaslandırmaq üçün lokal  xarakterli təxribatlar törədiblər. İndi isbat olunur ki, bütün bunlar versiya, ehtimal deyil. Etirafçı şəxslər istintaqa məhz bu istiqamətdə şübhələri təsdiqləyən sənədləri veriblər.
Bu sənədlərdə Akif Qurbanovun qapalı, ictimiyyətdən gizlin saxlanılan fəaliyyəti, Qərb dairələri ilə əlaqələri öz əksini tapıb. Onun arxa fonda dayanaraq, çox ciddi siyasi proseslərə dirijorluq etməsi üzə çıxıb. Əslində bu şübhələr həmişə olub. Azərbaycan mediası hələ 2023-cü ildə qeyd edilən istiqamətdə ciddi araşdırma yazıları dərc edib. "ABŞ təxribat texnologiyalarını yeniləyir, yığcam, çevik dəstələr formalaşdırır" başlığı ilə dərc edilən məqalədə vurğulanır ki, ABŞ institutları hədəf ölkələrdə paralel müxalifət strukturları formalaşdırırlar: "İndi hədəf ölkələrdə təkcə siyasi partiyaların və siyasi fiqurların üzərində fokuslaşmırlar.  Milli düşüncəyə zidd davranan, cəmiyyətin harmoniyasını pozan bütün marginal qrupları dəstəkləyirlər. Bu siyasətə uyğun gələn milli  "QHT" və "KİV-ləri" şəbəkələşdirirlər. Onlara qeyri-leqal yollarla qrant vəsaiti çatdırıb fəaliyyətlərini stimullaşdırırlar" (  ).   Azərbaycanda bu siyasəti icra edən "QHT" və "KİV-lər"in sırasında  "Toplum TV", "AbzasMedia" və  "Demokratik Təşəbbüslər İnstitutu"nun da adları çəkilib. Qərb siyasi mərkəzlərinin bu şəbəkə vasitəsilə törətdikləri siyasi təxribatlardan nümunələr verilib (   ). Azərbaycan mediasının illər öncə toxunduğu bu şübhəli məqamlar indi "Toplum TV" və  "AbzasMedia" işi üzrə aparılan istintaq prosesi fonunda öz təsdiqini tapır.
Əldə olunan məlumatlardan belə nəticə çıxır ki, yaxın vaxtlarda Qərb ölkələrinin Azərbaycandakı səfirliklərini mat vəziyyətdə qoyacaq faktlar açıqlanacaq. Bəzi səfirliklərin qrant qaçaqmalçılığında iştirakı üzrə sənədlər ictimailəşdiriləcək.
Ehtimal etmək olar ki, ABŞ təbliğat maşınının  əndişə keçirməsi, təzadlı tezisləri dövriyyəyə buraxması da  bu amillərlə bağlıdır. Onlar qrant qaçaqmalçılığında iştiraklarını inkiar edə bilmirlər. Məcbur qalıb Qrant qaçaqmalçılığında iştiraklarının "səbəblərini" izah edirlər. / konkret.az

Siyasi     Baxılıb: 155   Tarix: 24 mart 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssisləri arasında görüş keçirilib - FOTOLAR

Bakıda Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin tibb xidməti nümayəndələri arasında "Hərbi tibb sahəsində əməkdaşlıq" üzrə ikitərəfli görüş keçirilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Tramp demokratların rəhbərlik etdiyi daha 5 şəhərə hərbi qüvvə yeritməyə hazırlaşır

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyi Demokratik Partiya rəsmilərinin rəhbərlik etdiyi beş şəhərə operativ reaksiya qrupları göndərməyə hazırlaşır. xəbər verir ki, bu məlumatı NBC-yayıb. Bildirilir ki, söhbət demokra

NATO-dan Rusiyaya: "Biz onları izləyirik"

NATO geniş əraziləri skan etmək üçün peyk vasitəsilə müşahidə imkanlarını genişləndirir, alyansa Ukraynada və Rusiyanın şərq üzvləri ilə sərhədlərində hərbi hərəkətləri izləməyə imkan verir. xəbər verir ki, bunu NATO-nu

Pezeşkian SÖZ VERDİ: "Davam edəcəyik"

İran prezidenti Məsud Pezeşkian deyib ki, Tehran MAQATE-nin "dəhşətli" qətnaməsinə baxmayaraq uranı zənginləşdirməyə davam edəcək. xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. Bundan əvvə

Azərbaycan Prezidenti Vladimir Putini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib. -un məlumatına görə, təbrikdə deyilir:. "Hörmətli Vladimir Vladimiroviç. Dövlət bayramı- Rusiya Günü münasibətilə səmimi təbriklərimi v

Vuçiç: "Rusiya ilə münasibətlərdə sadiq qalmışıq"

Serbiya Prezidenti Aleksandar Vuçiç Ukrayna – Cənub-Şərqi Avropa sammitində iştirak etməsinə baxmayaraq, Rusiyanı "satmadığını" bildirib. xəbər verir ki, dövlət başçısı qeyd edib ki, Belqrad tədbirin yekununda qəbu

İlham Əliyev Britaniya Baş nazirinə başsağlığı verdi

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə başsağlığı verib. xəbər verir ki, başsağlığında deyilir:. "Hörmətli cənab Baş nazir,. Hindistanın Əhmədabad şəhər

İran Müdafiə Nazirliyi: İsrailə məxsus qırıcı təyyarə vurulub

İranın rəsmi hökumət mediası ölkənin Müdafiə Nazirliyinə istinadla İsrailə məxsus döyüş təyyarəsinin vurulduğunu açıqlayıb. xəbər verir ki, məlumata görə, qırıcının hansı model olduğu və harada vurulduğu barədə hələlik ətrafl

Paşinyan: Rusiya qoşunları qalacaq

Ermənistan Rusiya qoşunlarının ölkədəki mövcudluğunu dayandırmaq niyyətində deyil. -a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada keçirilən "GLOBSEC 2025" forumunda bildirib. "Hazırd


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi banklar novruz bayramı cəbhədən canlı bugünki xəbərlər