ABŞ və Avropanın bacarmadığını Zelenski etdi - Nə baş verir?

ABŞ və Avropanın bacarmadığını Zelenski etdi - Nə baş verir?Ukrayna ordusunun son illərdəki fəaliyyəti və yeni texnologiyaların tətbiqi ilə bağlı diqqətçəkən açıqlamalar verilib.
KONKRET.az xəbər verir ki, təhlükəsizlik üzrə ekspert Viktor Yaqun bildirib ki, son dörd il ərzində Ukraynaya göstərilən dəstək həm ölkənin məğlub olmaması, həm də Avropanın öz müdafiə qabiliyyətini gücləndirməsi üçün vaxt qazanmaq məqsədi daşıyıb.
Onun sözlərinə görə, hazırda Avropa bəzi daxili məsələlərdə, o cümlədən Macarıstan rəhbərliyinin bloklayıcı mövqeyi ilə bağlı çətinliklər yaşayır.
Ekspert xüsusilə dəniz pilotsuz aparatlarının rolunu vurğulayıb. Bildirilib ki, bu cür dronlar qarşısında iri hərbi gəmilər belə müdafiəsiz qala bilər.
"Magura" adlı dəniz dronunun Qara dənizdə Rusiya hərbi texnikasına qarşı uğurlu əməliyyatlar həyata keçirdiyi qeyd olunur. Bu dronların qrup halında istifadəsi dənizdə patrul imkanlarını genişləndirir və radarlar üçün çətin görünən hədəfləri belə məhv etməyə şərait yaradır.
Bundan əlavə, Ukraynanın "Mariçka" adlı sualtı dronlarının da mövcud olduğu bildirilir. Bu texnologiyanın mina təmizləmə əməliyyatlarında istifadə oluna biləcəyi və artıq Qara dənizdə sınaqdan keçirildiyi vurğulanır.
Yagun həmçinin Ukrayna hərbçilərinin bir qisminin ərəb ölkələrinə göndərilməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, 600 minlik ordudan cəmi 215 nəfərin regiona ezam olunması ölkənin döyüş qabiliyyətinə təsir etmir. Əksinə, bu şəxslərin yüksək ixtisaslı təlimatçılar olduğu və əldə etdikləri təcrübənin gələcəkdə Ukrayna üçün daha faydalı olacağı qeyd edilib.
Ekspert əlavə edib ki, bəzi məlumatlar Ukraynanın müdafiəsinin zəiflədiyini iddia etsə də, bu, həqiqəti əks etdirmir və dezinformasiya xarakteri daşıyır. Onun fikrincə, Ukrayna artıq beynəlxalq təhlükəsizlik sahəsində mühüm rol oynamağa başlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 12 aprel 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim cəbhədən son dəqiqə maşın realiti şou xeber