ABŞ və Rusiya GİZLİ RAZILAŞIB: Putin Trampın "saziş" qərarına buna görə GÖZ YUMUR
ABŞ və Ukrayna arasında təbii resurslarla bağlı razılaşma və Kiyevə hərbi yardımının yenidən aktivləşdirilməsi 9 May bayramı ərəfəsində Kreml üçün xoşagəlməz sürpriz olub. Bəs görəsən, Moskva bu məsələyə necə reaksiya verəcək? ABŞ-ın Ukraynaya yardımı davam etdirməsi Kreml tərəfndən hansı adekvat addımlarla qarşılana bilər? Bu, ABŞ-Rusiya münasibətlərinə necə təsir göstərəcək?
Mövzunu KONKRET.az-a politoloq Tural İsmayılov şərh edib:
"ABŞ və Ukrayna arasında imzalanan saziş beynəlxalq münasibətlər sistemində nizamın yenidən formalaşması deməkdir. Resurslarla bağlı razılaşma üzdə Rusiyanın narazılığına və prosesin əleyhinə yönəlik açıqlamalara səbəb olsa da, alt qatda bu sazişin indiki vaxtda imzalanması xüsusi diqqət çəkir. Belə ki, müqavilə ABŞ və Rusiya arasında keçirilən müxtəlif görüşlərdən sonra imzalanıb. Yəni bu müqavilə ilə bağlı Rusiyanın öncədən məlumatlandırıldığını düşünürəm. Bu baxımdan Moskva Avropa İttifaqının Ukraynada təmsil olunmasındansa, Birləşmiş Ştatların indiki administrasiyasının Ukrayna ərazilərində olmasına isti yanaşır. Çünki Rusiya və Ukrayna arasında imzalanacaq hər hansı bir müqavilədə işğal edilən ərazilərin Kiyevə geri qaytarılmayacağı məlumdur. Həmçinin, Rusiya Ukraynanın faydalı minerallarının təxminən 40 faizə yaxınına Donbass vasitəsi ilə nəzarət edir. Bu baxımdan ABŞ Ukraynaya hansısa vədlər vermək üçün orada hərbi yardım məsələsini qabardıb. Əlbəttə ki, Rusiya bu hərbi yardım məsələsinə qarşı kəskin mövqeyi olan ölkədir. Ancaq Putin buna özü göz yumur. Çünki Ukraynada Avropa İttifaqındansa, ABŞ-ın mövcudluğuna daha isti yanaşır".
Müşviq Tofiqoğlu
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir