ABŞERON RAYON MƏRKƏZİ XƏSTƏXANASI, YOXSA ÖZBAŞINALIQ YUVASI?

ABŞERON RAYON MƏRKƏZİ XƏSTƏXANASI, YOXSA ÖZBAŞINALIQ YUVASI?Allah heç kimin balasına ağrı-acı yaşatmasın. Dünən gecədən qızımın qulağından şiddətli ağrılar başladı, gecə idi, əlimiz heç yerə çatmadı. Sahə həkiminin köməkliyi ilə sakitləşdirici vasitələrlə birtəhər sakitləşdirdik. Tezdən işdən icazə alıb, uşağı yaşadığım şəhərciyin yaxınlığında yerləşən Abşeron rayon Mərkəzi Xəstəxanasına gətirdik. Nə az, nə çox qabağımızda 174 nəfər vardı. Səbir edib, 3 saat uşağı ağrılı vəziyyətdə gözlətdik. Körpə nə haldan-hala düşdü. Bura gətirmişdik ki, şəhər tıxacdı, harasa çatana qədər, gec olacaq, bura isə evimizin yanıdır, həkimə tez çatdıra bilərik. Hara, kimə, nə dediksə, dedilər növbə gözləyin. Biz də oturub, məşəqqətlə növbə gözlədik. Axı söhbət baladan, körpədən gedir. İnsan balası üçün "of" demədən dünyanın şah damarını da kəsməyə hazır olur. Bütün qız ataları belədir, məncə. İnanın o 3 saat mənə 300 il gəldi. Bir zülm-zillətlə dözdük, nəhayət 174 -cü sıra gəldi və qeydiyyat pəncərəsinə yaxınlaşdım. Aldığım CAVAB(bu cavab deyildi, özbaşınalıq və başıpozuqluğun təcallası idi) məni ŞOKA saldı, onsuzda çılpaqlaşan sinir sistemimi tamamilə tarıma çəkdi. Cavaba baxın: "Bizdə cəmi iki qulaq (Lor) həkimi var, onun da biri əməliyyatdadır, birinin də limiti dolub. Buna durumu izah edirəm, nuh deyir, peyğəmbər demir. Adam bizi barmağına dolayırmış kimi, tasını kresloya bərkidib, "gedin, sabah gəlin" deyir. Etiraz edirəm, "Şöbə müdirinə yaxınlaşın"- bildirir. 129-cu otağa, şöbə müdirinin yanına gəlirəm, bir ağa, şah, kral ədası ilə, üstdən aşağı intonasiya ilə, gözucu üzümüzə baxıb, analoji cavab verir. Digər xəstələrdən icazə alıb, 104-cü otağa həkimin yanına qayıdıram, Fariz doktorun cavabı: "Mən getməliyəm, baxa bilmərəm. Ceyhun doktoru gözləyin, o da saat 3 və 4-də çıxacaq əməliyyatdan". Ona da şikayətimi bildirirəm. Adam naəlaç halda təkrar edir: – Getməliyəm!
İndi gələk nəticəyə:
Heç əziz olmayan TƏBİB, axı sənə cənab Prezident bu qədər etimad göstərib, niyə etimada, inama xəyanət edirsən? Doğrudanmı Abşeron boyda ərazidə cəmi 2 lor həkimi var? Doğrudanmı bu məmləkətdə lor həkimi tapılmır? Əlbəttə, sualım ritorikdir. Hər il onlarla, yüzlərlə lor həkimi ixtisaslaşıb, iş həyatına atılır. Bəs dövlət büdcəsindən sizə milyonlarla vəsait ayrıldığı halda, niyə Abşeron qədər böyük ərazisi olan bir rayonun Mərkəzi Xəstəxanasında lor həkimi tapılmır? Axı uşaq ağrılı vəziyyətdə 3 saat gözlədikdən sonra niyə bu cavabı almalıyıq? Axı siz mənim əmək haqqımda İcrabi Tibbi Sığorta ilə bağlı "pul tutanda" mən sizi gözlətmirəm? Sizin İcbari Tibbi Sığortanız dəysin düz təpənizin ortasına. Cibimin pulu ilə muayinə, müalicə etdirirəm, barı xəstəxanalarınıza həkim tapıb, yerləşdirin. Axı möhtərəm Prezidentimiz İlham Əliyev və ölkəmizin Birinci xanımı Mehriban xanım Əliyeva daim bu sahəyə diqqət ayırır. Nəhayət, Mərkəzi Xəstəxanın baş həkimi, bu nə xaotik durumdu yaratmısan? Sənə bu ixtiyarı kim verib? Axı ən müasir üslubda bina tikilib, ən müasir avadanlıq alınıb, həvalə edilib sənə. Niyə insanları usandırırsan, iyrəndirirsən, perik salırsan? Hələ mən jurnalistəm az-çox hüququmu bilirəm və müdafiə edirəm. Görün, siz gün ərzində neçə nəfər siravi vətəndaşı bu cür taleyin ümidinə buraxırsınız. Baş həkim lor həkimin sayını artırmaq əvəzinə daha da azaldıb, qalan pulları da "otkat" etmək üçünmü mövcuddur? Başsız qalmış, müəssisənin "baş həkimi", hara baxırsan, niyə xalqın dövlətə olan etimadını çilikləyirsən? Axı bu məmləkətdə ASAN Xidmət Nümunəsi var. Fəaliyyət istiqamətləri də sizdən 100 dəfə çoxdur. Niyə orada belə hallar yaşanmır? Niyə xalqı, milləti deyil, öz "otkat"ını güdürsən? Sizə səlahiyyət xalqa, millət xidmət etmək üçün verilib, Siz isə millətə məşəqqət yaşadırsınız. Həkiminiz yoxdursa, açıq şəkildə elan verin, "xidmət göstərmirik" deyin, biz də dövlətin büdcədən milyonlar ayırdığı dövlət tibb müəssisəsində xidmətlərin olmadığını bilib, özəllərə üz tutaq? Ya bunu etiraf edin, ya adam balası kimi xidmət göstərin, ya da ərizənizi qoyub, rədd olun, bu işi bacaranlar gəslinlər. Nədir bu mərəz, bu marazm? Bu yazıdan sonra inanıram ki, aidiyyəti şəxslər cəzalanacaqlar, yox əgər cəzalanamayacaqlarsa, Allah cəzanızı versin!
P.S. Cənab Prezidentə və hörmətli Mehriban xanıma müraciət hazırlayacağam! Mənə başqa çıxış yolu buraxmırsınız. Millət naminə, xalq naminə edəcəyəm bunu! Olmaz axı bu qədər olmaz!
Ayyət Əhməd, jurnalist / konkret.az

Sağlamlıq       Tarix: 18 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumat son.xeberler xankendi valyuta mezenesi