Abşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLAR

Abşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib
azxeber.com xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çağırışı və rəhbərliyi ilə döyüşlərə qatılan və qələbəmizlə nəticələnən Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə",  "Qubadlının azad olunmasına görə" medallarına layiq görülən Heydərov Qadir Ədalət oğlunun 24-cü doğum günü qeyd edilmişdir. İştirakçılar şəhid Qadir Heydərovun Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki məzarını ziyarət etmiş, abidə ətrafında aparılan yenidənqurma işləri və vətənimizin bütövlüyü uğrunda şəhid olan igidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə yeni tikilən Xatirə Kompleksi ilə tanış olmuş, ruhlarına dualar oxumuşlar. 
Tədbirdə şəhid Qadir Heydərovun atası Ədalət Heydərov çıxış edərək ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini önə çəkmiş və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürünü ifadə etmişdir.
Daha sonra Mehdiabad qəsəbəsindəki "Mərasim evi"ndə şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılmışdır. 
Mayın 13-də Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev  rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri ilə birgə şəhid Heydərov Qadir Ədalət oğlunun doğum günü ilə əlaqədar onun məzarını ziyarət etmiş, Xatirə Kompleksi ilə tanış olmuşdur.
Daha sonra RİH başçısı Abdin Fərzəliyev şəhid Heydərov Qadir Ədalət oğlunun əvvəllər yaşadığı evə gədərək onun ailə üzvləri ilə görüşmüş, onların problermləri və qayğıları ilə maraqlanmışdır. 
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid mayor pilot Həsənov Elmir Mircəlil oğlunun əvvəllər yaşadığı evə gederək onun qızının doğum günündə iştirak etmişdir. RİH başçısı şəhid övladını ad günü münasibəti ilə təbrik edərək ailənin qayğıları ilə maraqlanıb, onlara hər cür lazımi dəstəyin bundan sonra da daimi olaraq göstəriləcəyini qeyd etmişdir. 
Şəhid ailəsi də öz növbəsində dövlət tərəfindən onlara daimi diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər. 
Azərbaycan Respublikasının Prezidentinin müvafiq  sərəncamlarıl ilə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülən, Vətən Müharibəsi şəhidi Mehdiyev İsmayıl David oğlunun anası Natəvan Mehdiyeva ilə görüş keçirilmişdir. Abşeron RİH-nin inzibati binasında baş tutan görüşdə RİH başçısı Abdin Fərzəliyev şəhid ailəsinin problemləri və qayğıları ilə maraqlanmışdır. Şəhid anası Natəvan Mehdiyeva hazırda Xırdalan şəhərində yaşadıqlarını, əslən Zəngilandan olduğu üçün şəhid ailəsi kimi Zəngilan Rayon İcra Hakimiyyətində mənzil növbəsinə durduğunu bildirərək yaşayış şəraitinin ağır olmasını nəzərə alaraq mənzil verilməsinin tezləşdirilməsində, o cümlədən şəhid ailəsi kimi aldıqları müavinətin keçmiş həyat yoldaşı ilə aralarında bölüşdürülməsində haqsızlıq olduğunu qeyd edərək bu məsələlərdə köməklik göstərilməsini xahiş etmişdir. 
RİH başçısı Abdin Fərzəliyev şəhid ailəsinə qanunvericiliyə uyğun olaraq köpməkliyin göstəriləcəyini qeyd etmiş, Abşeron RİH-i tərəfindən ailənin daimi olaraq diqqətdə saxlanılacağını bildirmişdir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilmişdir. Fatmayı kəndində baş tutan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak etmişdir.
İştirakçılar əvvəlcə Fatmayı kəndində Şəhidlər Abidəsini ziyarət etmiş, ölkəmizin bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini anmışlar. 
Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, Vətən Müharibəsində qazanılan zəfərdən, respublikamızdakı ictimai-siyasi sabitlikdən, həmçinin ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrdən danışaraq qeyd etmişdir ki, yerlərdə müşahidə edilən problemlər dərindən araşdırılır və həlli istiqamətində layihələr hazırlanır. 
Daha sonra çıxış edən sakinlər daxili küçələrin abadlaşdırılmasında, yeni salınan yaşayış massivlərində infrastruktur layihələrin reallaşmasında köməklik göstərilməsini xahiş etmişlər. 
Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında ənənəvi vətəndaş qəbulu keçirilmişdir. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak etmişdir.
Sakinlər rayon işlə təmin olunmaqda, şəhidlərin adını daşıyan küçələrə baralyeflərin vurulmasında  və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunmuş, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.
Abşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLARAbşeron rayonunda silsilə tədbirlər keçirilib - FOTOLAR

Sosial     Baxılıb: 281   Tarix: 15 may 2022
f Paylaş

Oxşar xəbərlər

Bankların adından kiberdələduzluq edən şəxslər saxlanıldı

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edilərək törədilən kiberdələduzluq cinayətlərinə qarşı növbəti əməliyyat keçirib. Nəticəd

İşləyən vətəndaşların pensiyaları nə qədər artırılacaq? - Deputat AÇIQLADI

Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı. 1 milyon 100 min vətəndaşımızı əhat

Manatın bugünkü kursu: Dollar sabit, avro 1,99 manata çatdı

Azərbaycan Mərkəzi Bankı (AMB) 27 aprel tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi dəyişməz olaraq 1,700 manat olub. Avronun manata qarşı məzənnəsi 1,993

İranda dollar tarixi rekorda imza atdı

İranın azad bazarında 1 dollar 171 min tümənə qalxıb. xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə, bu gün səhər saatlarında 1 ABŞ dolları 171.00 tümənə satılıb ki, bu da tarixi rekorddur

Bu sürücülərin 'prava'sı əlindən alınacaq

Azərbaycan Respublikasında yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin vaxtında ödənilməməsi sürücülər üçün əlavə hüquqi nəticələr yarada bilər. Xüsusilə, uzun müddət ödənilməyən inzibat

Ucar Təhsil Sektoruna yeni rəhbər təyin olundu

Ucar Təhsil Sektorunda vakant olan müdir vəzifəsinə yeni müvəqqəti rəhbər təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, bu vəzifəyə Məhəmmədov İsmayıl Həsən oğlu gətirilib. O, bundan sonra Ucar Təhsil Sektorunu

Həkimlər xəbərdarlıq edir - Səhər bu vərdiş təhlükəlidir

Mütəxəssislər səhər saatlarında edilən bəzi səhvlərin sağlamlığa zərər verdiyini açıqlayıb.  xəbər verir ki, acqarına şəkərli qidaların qəbulu orqanizm üçün risklidir. Bu hal qan şəkərinin kəskin artmasına səbəb olur. Nəticəd

Lənkəranda WUF13 Festivalına start verilib

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 2-də Lənkəran şəhərində WUF13 Festivalına start verilib. xəbər verir ki, günün birinci yarısınd

Qızıl almaq istəyənlərə PİS XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. KONKRET.azxəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyər


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber xabarlar ən son xəbərlər son.xabar