Abşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLAR

Abşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLARMüstəqil və qalib Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət, xalqımızın Ulu Öndəri Heydər Əliyevin Anım günü Abşeron rayonunda dərin ehtiramla qeyd edilib.
azxeber.com xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, YAP Abşeron Rayon Təşkilatının, Abşeron RİH yanında İctimai Şuranın və Abşeron rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
İştirakçılar və rayon ictimaiyyəti Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Parkda ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Xırdalan şəhərində yerləşən Bakı Mühəndislik Universitetində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı keçirilən tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Böyük tarixi şəxsiyyətin zəngin fəaliyyətinə dair videoçarxın nümayiş olunduğu tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyəti boyu inkişaf edən, milli dəyərləri ilə tanınan, xarici dövlətlər arasında özünə layiqli yer tutan güclü Azərbaycan naminə böyük əzmlə çalışıb və dönməz prinsipləri, misilsiz tarixi xidmətləri ilə adını dünyada ən nüfuzlu liderlər cərgəsinə daxil edib. Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrünə toxunan rektor 15 mindən artıq Azərbaycan gəncinin keçmiş SSRİ-nin adlı-sanlı ali məktəblərinə təhsil almağa göndərilməsini, milli kadrların hazırlanmasını, ana dilin inkişaf etdirilməsini və dövlət strukturlarında azərbaycanlı məmurların irəli çəkilməsi kimi xidmətlərini Ulu Öndərin gələcəyin müstəqil Azərbaycanı üçün atdığı olduqca mühüm addımlar kimi səciyyələndirib.
Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin idarəçiliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları nəzərə çatdırıb, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində bu fenomenal şəxsiyyətin mühüm roluna toxunub. Bildirib ki, bugünkü güclü, inkişaf etmiş, qalib Azərbaycan Heydər Əliyevin şah əsəridir. Görkəmli dövlət xadiminin əsasını qoyduğu mükəmməl idarəçilik konsepsiyası ilə ölkəmizin iqtisadi, hərbi uğurlar qazandığını deyən Abdin Fərzəliyev Qarabağın azadlığını, işğaldan azad olunan torpaqlarda aparılan quruculuq işlərini məhz Heydər Əliyevin müdrik siyasəti, bu siyasətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilməsi ilə əlaqələndirib. İcra başçısı öz xalqı üçün misilsiz işlər görən Ulu Öndərin hər zaman hörmətlə yad olunacağını söyləyib, eyni zamanda onun adını daşıyan Heydər Əliyev Fondunun humanitar istiqamətli fəaliyyətini, ölkənin sosial-iqtisadi inkişafında gördüyü mühüm işləri diqqətə çatdırıb.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə isə çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanı güclü təməllər üzərində inkişaf etdirdiyini, dövlət maraqlarını daim qoruduğunu, milli həmrəyliyə nail olduğunu vurğulayıb. Millət vəkili Heydər Əliyevin Azərbaycanın beynəlxalq siyasi və iqtisadi təşkilatlarla əməkdaşlığının qurulmasına nail olaraq ölkəmizi dünyada tanıtdığını deyib, həmçinin tarixi şəxsiyyətin ordu quruculuğu istiqamətində gördüyü mühüm işləri sadalayıb.
Sonda YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev çıxış edərək Heydər Əliyevin unikal şəxsiyyət, güclü iradə sahibi və siyasət ustası kimi böyük heyranlıq yaratdığını, mükəmməl xarici, həmçinin daxili siyasətinin Azərbaycana qazandırdığı uğurların qürurverici olduğunu deyib. O, Azərbaycanı qüdrətli dövlətə, beynəlxalq auditoriyalarda söz sahibinə çevirən Heydər Əliyevin həyatının çağdaş gəncliyə və bütün gələcək nəsillərə örnək olacağını vurğulayıb.
Abşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLARAbşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLARAbşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLARAbşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLARAbşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLARAbşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLARAbşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLARAbşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLARAbşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLARAbşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLARAbşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLARAbşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLARAbşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLARAbşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLARAbşeron rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub - FOTOLAR

Sosial       Tarix: 12 dekabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat xeberleri cəbhədən yeni xəbərlər krminal bu gun cəbhədən canlı