Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTOLAR

Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTOLAR2020-ci il 27 sentyabr tarixində başlanan haqq savaşı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və ordumuzun döyüş əzmi, şəhidlərimizin qəhrəmanlığı ilə xalqımız düşmən üzərində şanlı qələbəsi ilə yekunlaşdı. Vətən Müharibəsində sinəsini qabağa verən, torpaqlarımızı düşməndən geri alan Vətən oğulları göstərdikləri qəhrəmanlıqları ilə bizi bütün dünyada qalib dövlət kimi tanıtdırdılar.
Respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhidlərimizin xatirələri daima əziz tutulur, onlar həm doğum günlərində, həm də ildönümlərində yad edilir. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan abşeronlu igidlər bu günlərdə ildönümlərində yad edilib. Şəhidlərimiz Hüseyn Nəcəfzadə, Əli Ələkbərov, İlqar Vəliyev, Seymur Bədəlov və Nicat Qarazadə doğum günlərində, Nurlan Mustafayev, Vüsal Musayev, Daşdəmir Paşayev, Malik Əliyev, Röyal Ələkbərov, Əli Ələkbərov, Elvin Əlimərdanov, Ramid Hacıyev, Elşən Müslümov, Rəhim Hüseynov, Səxavət Abbasov, Rəşad Mehdiyev, Rüstəm Turabov, Anar İsgəndərov, Ruhin Xəlilov, Fuad Haşımov, Mənsur Əhmədov, Afiq Qulamlı, Elsevər Paşayev, İlkin Xosrovzadə, Fərid Məmmədov, Gülverdi Qasımov, Fərid İlyasov, Azər Salmanov, Rauf İbadov, Ziyəddin Rəşidov, Qadir Heydərov, Teymur Quliyev, Bəhmən Verdiyev, Zaur Ələsgərli, İlkin Məmmədov, Tural Məmmədov, Babək Allahverdiyev, Fəzail Əliyev və Əli Əliyev anım günlərində yad edilib, qəbirüstü abidələri ziyarət olunub, ruhlarına dualar oxunub, şəhidlərimizin ailələri ilə görüşülərək onların qayğıları və problemləri ilə maraqlanılıb. Həmçinin Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin həyatından bəhs edən filmin təqdimatı keçirilib.
Ziyarət və görüşlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İcra Hakimiyyətinin məsul əməkdaşları, Abşeron rayon Ağsaqqallar Şurasının sədri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Keçirilən görüşlərdə bildirilib ki, cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində soydaşlarımız işğaldan azad olunmuş ərazilərdə tam təhlükəsizlik şəraitində öz həyatlarını yaşamağa davam edirlər. Beynəlxalq aləmdə baş verən münaqişələri diqqətə çatdıran RİH başçısı ölkəmizdə sabitliyin hökm sürdüyünü, Azərbaycanın regionun lider ölkəsinə çevrildiyini, hərbi gücümüzün günü-gündən artdığını və bundan sonra da baş verə biləcək  təxribatların yerindəcə cavablandırmağa hazır olan orduya malik olduğumuzu qeyd edib.
Şəhid ailələri dövlətin diqqət və qayğısını daim hiss etdiklərini vurğulayaraq bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTOLARAbşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTOLARAbşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTOLARAbşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTOLARAbşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTOLARAbşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTOLARAbşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTOLARAbşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTOLARAbşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTOLARAbşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTOLARAbşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTOLARAbşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 08 noyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. KONKRET.azxəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara v

Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA

"Yanacaqdoldurma məntəqələrində keyfiyyətsiz və kəsirli yanacaq satışı istehlakçı hüquqlarını ciddi şəkildə pozur". xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib

Baş nazir maaşlarla bağlı qərar imzaladı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Bitkiçili

Sabah bu yolun bir hissəsi bağlı olacaq - Yenilənib

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunda (kanala yaxın ərazidə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Məhdudiyyət səbəbindən 210, 215 və 218 nömrəli marşrutları

Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri

Qış mövsümü yaxınlaşdıqca qarderobu yeniləmək istəyənlərin diqqəti yeni dəb trendlərinə yönəlir. 2026-2027-ci ilin payız-qış kolleksiyalarında rahatlıq, zəriflik və fərqli detallarla seçilən geyimlər ön plana çıxır. Bu mövsü

Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?

Son vaxtlar sosial şəbəkələrin Azərbaycan seqmentində diqqətçəkən yeni tendensiya formalaşıb. Valideynlər azyaşlı qızlarının saçını canlı yayımlar zamanı kəsərək satışa çıxarırlar. Bir neçə dəqiqə ərzində gəlir əldə etmə

Dizel bahalaşsa, ərzaq qiymətləri də artacaq? – İQTİSADÇIDAN XƏBƏRDARLIQ

"Azərbaycanın dizel yanacağından asılılığı dünya bazarında neft məhsullarının bahalaşmasını ölkə iqtisadiyyatı üçün ciddi risk faktoruna çevirə bilər. Azərbaycan xam neft hasil edən ölkə olsa da, bu, daxili dizel tələbatını

Prokurorluq orqanlarının veteranları təltif ediliblər

Baş Prokurorluqda veteran əməkdaşlar Çingiz Yavər oğlu Məmmədovun 75, Əziz Cəfər oğlu Seyidovun isə 70 illik yubileylərinin tamam olması münasibətilə tədbir keçirilib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məluma

Başla vurulan hər top beyində iz buraxır

Son 15 ildə dünyasını dəyişmiş peşəkar futbolçuların 75%-də xroniki travmatik ensefalopatiya (XTE) əlamətləri aşkar edilib. xarici mediaya istinadən xəbər verir ki, bu, futbolçular arasında qeydə alınmış ən yüksək göstəricidir


yeni xeberler son xeberler azerbaycan xeberleri dunyada son xeberler cəbhədən son durum son xeberler bugun sonxabar az