Dizel bahalaşsa, ərzaq qiymətləri də artacaq? – İQTİSADÇIDAN XƏBƏRDARLIQ
"Azərbaycanın dizel yanacağından asılılığı dünya bazarında neft məhsullarının bahalaşmasını ölkə iqtisadiyyatı üçün ciddi risk faktoruna çevirə bilər. Azərbaycan xam neft hasil edən ölkə olsa da, bu, daxili dizel tələbatının bütünlüklə yerli istehsal hesabına ödənilməsi demək deyil. Yanacağın idxalı, emal imkanları və daxili istehlak arasındakı tarazlıq mühüm əhəmiyyət daşıyır.
Dünya bazarında dizelin bahalaşması ilk növbədə kənd təsərrüfatında istehsal xərclərinin artmasına səbəb olur. Traktorlar, kombaynlar, suvarma nasosları və digər kənd təsərrüfatı texnikaları əsasən dizellə işlədiyindən fermerlərin şumlama, səpin, biçin və məhsulun daşınması xərcləri yüksələcək. Bu isə kənd təsərrüfatı məhsullarının maya dəyərinə və nəticədə satış qiymətlərinə təsir göstərə bilər".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasın da səsləndirib:
"Digər mühüm istiqamət nəqliyyat və logistika sektorudur. Yükdaşımaların böyük hissəsinin avtomobil nəqliyyatı ilə həyata keçirildiyini nəzərə alsaq, dizelin bahalaşması ərzaqdan tikinti materiallarına qədər müxtəlif məhsulların daşınma xərclərini artıracaq. Bu prosesin davam etməsi istehsal və xidmət sektorunda xərclərin yüksəlməsinə, son nəticədə isə inflyasiyanın sürətlənməsinə səbəb ola bilər.
Bununla belə, dünya bazarında dizelin bahalaşması daxili qiymətlərin avtomatik artırılması demək deyil. Azərbaycanda dizelin pərakəndə satış qiyməti dövlət tərəfindən tənzimlənir. Dövlət müəyyən müddət ərzində qiyməti sabit saxlaya bilər. Lakin idxal və təchizat xərcləri yüksəldikcə bu siyasətin büdcə və təchizat baxımından əlavə yük yaratmaq ehtimalı artır".
Ekspert vurğulayır ki, risklərin azaldılması üçün ilk növbədə yerli dizel istehsalının imkanları genişləndirilməli, Neft Emalı Zavodunun istehsal səmərəliliyi artırılmalı, strateji yanacaq ehtiyatları yaradılmalıdır.
"Eyni zamanda, idxal mənbələrinin şaxələndirilməsi və uzunmüddətli təchizat müqavilələrinin bağlanması vacibdir. Kənd təsərrüfatında isə fermerlərə ünvanlı yanacaq subsidiyalarının verilməsi, güzəştli dizel kartlarının tətbiqi məqsədəuyğun olardı.
Ən vacib məsələ dizelin bahalaşmasının bütün iqtisadiyyat üzrə zəncirvari təsirini məhdudlaşdırmaqdır. Çünki yanacaq xərclərinin artması yalnız nəqliyyat sektorunun problemi deyil, həm də ərzaq qiymətlərinə, əhalinin alıcılıq qabiliyyətinə və ölkədə inflyasiya səviyyəsinə təsir edən amildir".
Aynurə İsmayıl
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir