Abşeron rayonunda vətəndaş qəbulları keçirilib - Fotolar

Abşeron rayonunda vətəndaş qəbulları keçirilib - FotolarPrezident İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilib. Görədil kəndində baş tutan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və kənd sakinləri iştirak edib.
azxeber.com xəbər verir ki,  səyyar qəbulların artıq ənənə xarakter daşıdığını, hər həftə rayonun kənd və qəsəbələrində əhali ilə görüşüldüyünü bildirən RİH başçısı Abdin Fərzəliyev rayonun problemlərinin dövlət strukturlarının daim diqqət mərkəzində olduğunu, onların araşdırılaraq həlli istiqamətində proqramların hazırlandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra çıxış edən Görədil sakinləri kənd ərazisində əvvəllər fəaliyyət göstərən kitabxananın fəaliyyətinin yenidən bərpa edilməsində, daxili küçələrin işiqlandırılmasında və abadlaşdırılmasında, kənd qəbiristanlığı üçün əlavə ərazinin ayrılmasında, şəhid Yusifov Eldar Əliməstan oğlunun adını daşıdığı Görədil kənd tam orta məktəbdə onun büstünün qoyulmasında, marşrut avtobuslarının qət etdiyi məsafənin və intervallarının artırılmasında, kənd stadionunun təmir edilməsində, küçə adlarının yazıldığı lövhələrin asılmasında köməklik göstərilməsini xahiş ediblər. 
Növbəti gün Abşeron Rayon İcra Hakimiyyətində baş tutan vətəndaş qəbulunda isə şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.
Daha sonra sakinlər şəhidlərin adlarını daşıyan küçələrin abadlaşdırılmasında, sənədsiz evlərin sənədləşdirilməsində, kənd və qəsəbələri rayon mərkəzi – Xırdalan şəhəri ilə bağlayan yeni marşrut xəttlərinin yaradılmasında və mövcud xəttlərdəki avtobusların sayının artırılmasında, yeni məktəb və bağça binalarının tikilməsində və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Yekunda RİH başçısı Abdin Fərzəliyev Abşeron rayonunda bir sıra böyük infrastruktur layihələrinin icra olunduğunu, lakin bununla yanaşı müəyyən problermlərin olduğunu vurğulayaraq, hazırda onların  dərindən araşdırıldığını, həlli yollarının müəyyənləşdirildiyini və qısa zamanda müsbət nəticələrin əldə edilməsi istiqamətində çoxşaxəli tədbirlərin görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə həll edilmişdir. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Abşeron rayonunda vətəndaş qəbulları keçirilib - FotolarAbşeron rayonunda vətəndaş qəbulları keçirilib - FotolarAbşeron rayonunda vətəndaş qəbulları keçirilib - FotolarAbşeron rayonunda vətəndaş qəbulları keçirilib - FotolarAbşeron rayonunda vətəndaş qəbulları keçirilib - Fotolar

Sosial       Tarix: 16 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun son xeberler bugun 2026 azerbaycan cebheden xeberler en son xeber