Abşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü anım tədbirləri ilə qeyd edildi - FOTOLAR

Abşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü anım tədbirləri ilə qeyd edildi - FOTOLARAbşeron rayonunda 31 mart Azərbaycanlıların Soyqırımı Günü silsilə tədbirlərlə qeyd edilmişdir.  Anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri və rayon ictimaiyyəti iştirak edib.
İştirakçılar əvvəlcə rayonun Qobu qəsəbəsində 31 Mart Azərbaycanlıların Soyqırımının günahsız qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yeni inşa olunan Anım Kompleksinin açılışında iştirtak edib.  
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Abşeron Rayon Şöbəsinin sədr müavini Məhəbbət Qasımov tədbiri açaraq 1918-ci il hadisələri zamanı Abşeron rayonundan, o cümlədən Qobu qəsəbəsindən də şəhidlərin verildiyini qeyd edərək bildirmişdir ki, qəsəbə ağsaqqallarından olan Məşədi Hilal Hacıİsmayıl oğlu ermənilərin törətdiyi vəhşiliklərin qarşısını almağa, kənd camaatını qorumağa çalışdığı zaman qanına qəltan edilib. 
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının başına gətirilən bəzi faciələr uzun illər gizli saxlanılmağa, xalqın yaddaşından silinməyə çalışılmışdır. Lakin Ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə olan həqiqətlərin üzə çıxarılmasına səbəb olmuş, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 1918-ci ilin mart soyqırımları zamanı ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçirmiş, soydaşlarımızı diri-diri yandırmışlar. Bu qırğınlar təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmiş, dinc əhali sadəcə Azərbaycanlı olduğu üçün kütləvi surətdə qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib.
A.Fərzəliyev qeyd etmişdir ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlamış, 1992-ci ilin fevralında Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutmuşlar. Bu qanlı faciə zamanı 613 nəfər qanına qəltan edilmişdir, sivil insanlar əsir alınıb. 
Sonra RİH başçısı Abdin Fərzəliyev Qobu qəsəbəsindən olan şəhid ailələri ilə görüşmüş, onların qayğıları və problemləri ilə maraqlanmışdır. 
Daha sonra anım tədbirləri Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində davam etdirilib. 
Tədbirdə Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Abşeron  RİH yanında İctimai Şuranın üzvü, elmlər doktoru Əbülfət Pələngov və Saray 3 nömrəli tam orta məktəbin direktoru Teyyubə hüseynova çıxış edərək ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən, onların həyata keçirdiyi vəhşiliklərdən danışmış, azərbaycanlıların hümanistliyindən istifadə edən mənfur qonşularımızın tarixi dədə-baba torpaqlarımıza göz dikdiklərini və buna görə də istənilən fürsətdən istifadə edərək soydaşlarımıza qarşı dəfələrlə soyqırım siyasəti hıəyata keçirdiklərini qeyd etmişlər. Bildirilmişdir ki, heç bir zaman ermənilərə inanmaq və güvənmək olmaz. Çünki torpaqlarımızda gözü olan yurdsuzlar öz çirkin siyasətlərindən əl çəkməyəcək və daim təxribata əl atacaqlar. Qalib gəldiyimiz Vətən Müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi bağlansa da belə, ayıq-sayıq olmalı, ehtiyatı əldən verməməliyik.
Abşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü anım tədbirləri ilə qeyd edildi - FOTOLARAbşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü anım tədbirləri ilə qeyd edildi - FOTOLARAbşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü anım tədbirləri ilə qeyd edildi - FOTOLARAbşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü anım tədbirləri ilə qeyd edildi - FOTOLARAbşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü anım tədbirləri ilə qeyd edildi - FOTOLARAbşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü anım tədbirləri ilə qeyd edildi - FOTOLARAbşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü anım tədbirləri ilə qeyd edildi - FOTOLAR

Sosial       Tarix: 01 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər son xabar son xeberler azerbaycan en son xeberleri