Abşeronda şəhidlər anım günlərində yad edildi - FOTOLAR

Abşeronda şəhidlər anım günlərində yad edildi - FOTOLARVətən Müharibəsindən sonra 2022-ci il 13-14 sentyabrında düşmənin hərbi təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan igidlərimizin, o cümlədən 2023-cü il 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror əməliyyatları zamanı canlarını vətən üçün fəda edən qəhrəmanlarımızın anım mərasimləri keçirilib.
azxeber.com xəbər verir ki, anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-in məsul əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.
Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş Nicat Qarazadənin, Nəzər Əzizovun, Azər Məmmədovun, Firuz Əhmədovun, Hüseyn Nəcəfzadənin və antiterror əməliyyatları şəhidləri Murad Arzullayevin, Vüqar Eyvazovun, Qiyas Manafovun və Ramil Rəhimovun ailə üzvləri ilə birgə məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, üzərlərinə çiçəklər düzülərək xatirələri ehtiramla yad edilib.
Şəhidlərimizin əvvəllər yaşadıqları evlərinə baş çəkilib, onların ailə üzvləri ilə görüşülərək qayğıları ilə maraqlanılıb, RİH tərəfindən şəhidlərimizin ruhlarına ehsan süfrələri açılıb.
Şəhid ailələri ilə görüşdə RİH başçısı Abdin Fərzəliyev düşmən üzərində qazanılan şanlı qələbədən danışaraq bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və rəhbərliyi, şəhidlərimizin və qazilərimizin şücaəti ilə xalqımızın 30 illik vətən həsrətinə son qoyulub. 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarından sonra Azərbaycanın ərazi bütövlüyünün tam təmin olduğunu qeyd edən RİH başçısı işğaldan azad olunan rayon və kəndlərimizdə surətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını və soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayıb.
Şəhid ailələri də öz növbələrində çıxış edərək bildiriblər ki, hər il sentyabrın 20-nin Respublikamızda Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi haqqında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən müvafiq Sərəncamın imzalanması vətən üçün şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza növbəti etiramdır.
Abşeronda şəhidlər anım günlərində yad edildi - FOTOLARAbşeronda şəhidlər anım günlərində yad edildi - FOTOLARAbşeronda şəhidlər anım günlərində yad edildi - FOTOLARAbşeronda şəhidlər anım günlərində yad edildi - FOTOLARAbşeronda şəhidlər anım günlərində yad edildi - FOTOLARAbşeronda şəhidlər anım günlərində yad edildi - FOTOLAR

Sosial       Tarix: 22 sentyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler son xeberler azerbaycan xeberleri axsam az xeberler son xeberler bugun 2026 canli son xeberler bugun 2026 azerbaycan sou xeberler bugun