Abşeronda "Ümummilli Lider Heydər Əliyev və dövlət uşaq siyasəti" mövzusunda konfrans keçirildi - FOTOLAR

Abşeronda "2023- cü il - Heydər Əliyev ili" çərçivəsində Abşeron rayonunda 20 noyabr - "Uşaq Hüquqları Konvensiyası"nın qəbul olunması münasibətilə "Ümummilli Lider Heydər Əliyev və dövlət uşaq siyasəti" mövzusuna həsr olunmuş konfrans keçirilib.
azxeber.com xəbər verir ki, Abşeron RİH-nin təşəbbüsü ilə baş tutan tədbirdə ilk öncə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Mərkəzin foyesində "Mənim hüquq və vəzifələrim" mövzusunda uşaqların çəkdiyi rəsm sərgisi ilə tanışlıq olub.
Konfransda Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, Azərbaycan Republikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili, Milli Məclisin Gənclər İdman Komitəsinin üzvü Vüqar İsgəndərov, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis mayoru Orxan Rzayev, orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, şəhid övladları və məktəblərin qabaqcıl şagirdləri, RİH başçısı aparatı yanında fəaliyyət göstərən "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu"nun, eləcə də "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya"nın və  "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə" komissiyasının üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda çıxış edənlər  qeyd ediblər ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların sağlam, firəvan böyüməsi, hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasəti cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir, uşaqların hərtərəfli inkişafı, layiqli vətəndaş kimi böyümələri üçün dövlət proqramları qəbul edilir, sosialyönümlü layihələr icra olunur.
Konfrans çərcivəsində rayonun ümumtəhsil məktəblərinin fəal şagirdləri inkişaf, iştirak, yaşamaq və müdafiə hüquqları mövzsunda çıxışlar edib, şəhid övladlarının "Mənim atam qəhrəmandır" adlı kompozisiyası nümayiş edilib.
Sonda "Uşaq hüquqlarının müdafiəsi" istiqamətində səmərəli fəaliyyətinə görə bir sıra müvafiq qurumların əməkdaşları mükafatlandırılıb.
Məlumat üçün qeyd edək ki, Abşeron RİH-in təşəbbüsü ilə  "20 Noyabr - Ümumdünya Uşaq Hüquqları günü" münasibəti ilə rayonun təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Abşeron RİH-in əməkdaşlarının, RİH yanında fəaliyyət göstərən müvafiq komissiyaların üzvlərinin, habelə psixoloqların, hüquqşunasların iştirak etdikləri tədbirlərdə respublikamızda, o cümlədən Abşeron rayonunda uşaq hüquqlarının qorunması sahəsində görülən işlərdən bəhs edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Abşeronda Abşeronda Abşeronda Abşeronda Abşeronda Abşeronda Abşeronda Abşeronda Abşeronda Abşeronda Abşeronda Abşeronda Abşeronda Abşeronda Abşeronda

Siyasi       Tarix: 23 noyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyini


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler apa.az xeberler kriminal bugun maliyye xeberler bugun