Abxaziyanın bank kartlarının Ermənistanda tanınmasına Tibilisi necə reaksiya verir? - GÜRCÜSTANDAN ŞƏRH

Abxaziyanın bank kartlarının Ermənistanda tanınmasına Tibilisi necə reaksiya verir? - GÜRCÜSTANDAN ŞƏRHAbxaziyanın bank kartlarının Ermənistanda tanınmasına Tibilisi necə reaksiya verir? - GÜRCÜSTANDAN ŞƏRH
Artıq bir neçə gündür ki, Gürcüstanda içində Ermənistanın da olduğu bəzi xarici ölkələrdə "Abxaziya" bank kartları ilə ödəmənin mümkün olduğu məlumatları müzakirə edilir. Qondarma Abxaziyada bir neçə il əvvəl özlərinin "milli" ödəmə kartı sistemi APRA-nı yaratmağa başlayıblar və indi o, Rusiyanın "Mir" sisteminin ödəniş infrastrukturlarına fəal şəkildə inteqrasiya olunur.
İqtisadi ekspert, Gürcüstanın Yeni İqtisadi Məktəbinin prezidenti Paata Şeşelidze Media.Az-a verdiyi müsahibəsində Gürcüstan KİV-in qondarma Abxaziyada ödəmə sisteminin faktiki leqallaşdırılması ilə bağlı vəziyyəti həqiqətən müzakirə etdiyini təsdiqləyib:
"Lakin əslində hələ də dəqiq rəsmi məlumat yoxdur, hökumətimiz bu məlumatları təsdiqləmir və ya təkzib etmir".
"Məncə, bu məsələyə mədəni yanaşılmalıdır. Biz ki, orada insanların yaşadığını, bankların olduğunu anlayırıq. Bank əməliyyatları üçün özünün, Gürcüstanın kanalını təklif etmək lazımdır. Yeri gəlmişkən, Abxaziya elektrik enerjisini Gürcüstandan alır", - deyə P.Şeşelidze qeyd edib.
- Bəs siyasi aspektlər barədə nə düşünürsünüz? Tbilisi bu kartların qonşu Ermənistan da daxil olmaqla digər ölkələrdə tanınmasına necə reaksiya göstərməlidir?
- Təkrar edirəm: bütün bank əməliyyatlarının sistemimizdən keçməsini təmin etməliyik. Əlbəttə ki, Abxaziya kartlarının digər ölkələrdə istifadəsini əngəlləmək üçün çox sayda resurslarımız yoxdur, xüsusən də, onlar Rusiyanın "Mir" ödəmə sisteminə inteqrasiya olunurlarsa, amma cəhd etməyə dəyər.
Digər ölkələrə, məsələn, Ermənistana münasibətdə olan siyasi reaksiyaya gəlincə, daha sərt davranmalıyıq. Yeri gəlmişkən, həmin Ermənistan Abxaziyanı rəsmən tanımayıb. Düşünürəm ki, belə bir sərt reaksiya gələ bilər. /oxu.az

Siyasi       Tarix: 26 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri cəbhədən ən son xəbərlər son xeberler bu gun xeberler bugun 2026