Access2Success layihəsi dördüncü dəfə uğurla başa çatdı

Access2Success layihəsi dördüncü dəfə uğurla başa çatdıAzərbaycanda sahibkarlığın davamlı inkişafına uzun illərdir töhfə verən AccessBank, Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirdiyi Access2Success layihəsinin dördüncü dəfə uğurla başa çatdığını qürurla elan edir.
azxeber.com xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə reallaşdırılan bu təşəbbüs, ölkədə qadın sahibkarlığının gücləndirilməsinə və onların biznes potensialının üzə çıxarılmasına yönəlib.
Layihəyə bu il də böyük maraq göstərilib – iştirak üçün 300-dən çox müraciət daxil olub. Seçim mərhələsini uğurla keçən 50 qadın sahibkar biznesin idarə edilməsi, satış və marketinq, liderlik və emosional idarəetmə, uğurlu biznesin hüquqi aspektləri, eləcə də maliyyə savadlılığı üzrə bilik və bacarıqlarını inkişaf etdirərək proqramı müvəffəqiyyətlə tamamlayıblar. Təlimlər AccessBank-ın peşəkar mütəxəssisləri və öz sahəsində geniş təcrübəyə malik ekspertlər tərəfindən keçirilib.
 "Dayanıqlı sahibkarlıq modellərinin formalaşdırılmasına dəstək AccessBank üçün əsas prioritetlərdəndir. "Access2Success" proqramı vasitəsilə qadın sahibkarların bilik və bacarıqlarını gücləndirir, onların bizneslərini daha inamlı və dayanıqlı şəkildə inkişaf etdirmələrinə şərait yaradırıq. Bu dəyərli əməkdaşlığa görə Avropa Yenidənqurma və İnkişaf Bankına təşəkkürümüzü bildiririk. AccessBank olaraq bu təşəbbüsü gələcək illərdə də ardıcıl və genişmiqyaslı şəkildə davam etdirmək əzmindəyik",- bunu AcessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri layihənin əhəmiyyətini vurğulayaraq bildirib.
"Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı fəaliyyətində əsas prioritetlərdən biri qeyri-neft sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. Strateji tərəfdaşlarımızdan olan AccessBank ilə birgə həyata keçirdiyimiz «Access2Success» təşəbbüsü qadın sahibkarlığının dayanıqlı inkişafına real töhfə verən nümunəvi layihələrdəndir. EBRD gələcəkdə də bu kimi sosial və iqtisadi təsir gücünə malik təşəbbüslərə dəstəyini davam etdirəcək", - Azərbaycan üzrə Biznes Məsləhətləri Proqramının baş meneceri Samir Həmidov qeyd edib:
Qeyd edək ki, "Access2Success" layihəsi ilk dəfə 2022-ci ildə həyata keçirilib və hər il təxminən 50 qadın sahibkarı əhatə edir. İndiyədək proqramda 200-dən çox qadın sahibkar iştirak edib. Konsaltinq, turizm, təhsil, səhiyyə, yaradıcılıq, mədəniyyət və digər sahələrdə fəaliyyət göstərən iştirakçılar altı həftəlik intensiv təlimlər çərçivəsində həm nəzəri, həm də praktik biliklər əldə edərək öz bizneslərinin inkişafı üçün möhkəm təməl formalaşdırıblar. 
.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

İqtisadiyyat       Tarix: 20 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gune olan xeberler sou biznes butun xeberler idman xeberleri