Access2Success' layihəsi üçüncü dəfə uğurla həyata keçirildi - FOTOLAR

Access2Success' layihəsi üçüncü dəfə uğurla həyata keçirildi - FOTOLARAzərbaycandasahibkarlıq sahəsinin inkişafını daim dəstəkləyən AccessBank, qadınsahibkarlığının dəstəklənməsi məqsədilə həyata keçirdiyi Access2Success layihəsininüçüncü dəfə uğurla başa çatdığını elan edir.
azxeber.com xəbər verir ki, layihə, ölkəmizdə fərdi sahibkarlığın inkişafına böyük önəm verən Avropa Yenidənqurma və İnkişafBankının (AYİB) dəstəyi ilə həyata keçirilib.
Bu ilAccess2Success layihəsində 50 xanım iştirak edərək biznesin idarə edilməsi,satış və marketinq, emosional idarəetmə, liderlik bacarıqları və uğurlubiznesin hüquqi aspektləri kimi sahələrdə peşəkar bacarıqlarını genişləndirməkimkanı əldə etdilər. Təlimlər, öz sahələrində təcrübəli və yüksək ixtisaslı mütəxəssislərtərəfindən keçirilib.
"Biz,üçüncü dəfə uğurla həyata keçirdiyimiz və Azərbaycanda qadın sahibkarlara nəzərəçarpacaqfaydalar gətirən Access2Success layihəsi ilə fəxr edirik. Qeyd etmək istərdimki, AccessBank-ın kredit portfelinin təxminən 20%-i özünü etibarlı borcalankimi sübut etmiş qadın sahibkarlara verilən kreditlərdən ibarətdir.Access2Success layihəsi hər il həyata keçirilir və məqsədimiz qadınsahibkarlığının inkişafını davam etdirmək və biznesin inkişafı üçün bərabərimkanların təmin edilməsidir. Biz əminik ki, bu layihə güclü sahibkarlıqmühitinin formalaşmasında mühüm rol oynayır və ölkənin iqtisadi inkişafına töhfəverir," - deyə AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauribildirib.
"AvropaYenidənqurma və İnkişaf Bankı, 2025-ci il üzrə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi,rəqabətqabiliyyətli özəl sektorun inkişafı, "yaşıl" iqtisadiyyata keçid vəregional əlaqələrin təkmilləşdirilməsinə yönəlmiş Strategiyanı təsdiqləyib.Prioritet istiqamətlərdən biri qadınların və gənclərin rəhbərlik etdiyi bizneslərədəstək verməkdir. Nəzərə alsaq ki, Azərbaycanda sahibkarlıq subyektlərininyalnız 23%-nə qadınlar rəhbərlik edir, onların iqtisadiyyata töhfəsini artırmaqüçün ciddi potensial görürük. Bu kontekstdə qadın sahibkarlar üçün biznesbacarıqlarının öyrədilməsi üzrə AccessBank ilə əməkdaşlığımız vacibdir," -deyə AYİB-in KOB-ların maliyyələşdirilməsi və inkişafı qrupu, Türkiyə və Azərbaycanüzrə Regional Rəhbəri Serpil Çetinçift bildirib.
İlkAccess2Success layihəsinə 2022-ci ildə start verilib və iştirak üçün 250-əyaxın namizəd müraciət etmişdir. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərəqatıldı. Növbəti, Access2Success-2 layihəsi isə 2023-cü ildə həyata keçirilib.Bu layihədə 250-dən çox müraciət arasından seçilən 50 qadın qatılmışdır.İştirakçılar konsaltinq, turizm, təhsil, səhiyyə kimi sahələri təmsil edirdilər.5 həftə davam edən Access2Success layihəsində qadın sahibkarlara biznesinstrateji inkişafı, böhran zamanı idarəçilik, dövlət qurumlarına hesabatların təqdimedilməsi, satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi vəbiznesə nəzarət mövzularında təlimlər keçirilib.
Access2Successqadınların maliyyə əlçatanlığı, məhdud biznes bilikləri və peşəkar inkişafamane olan baryerləri aradan qaldırmağa kömək etmək məqsədi daşıyır. Proqramiştirakçılara biznesi uğurla idarə etmək və güclü biznes şəbəkələri qurmaq üçünlazım olan resursları və bilikləri hər il təmin etməyə davam edəcək.
AccessBank Azərbaycanın mikromaliyyələşdirməbazarında lider olaraq, 2002-ci ildən kiçik və ortabizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasındaAsiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıkimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdəolmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirməimkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdimedilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldəetmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdəolan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSCAzərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri,Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Access2Success' layihəsi üçüncü dəfə uğurla həyata keçirildi - FOTOLARAccess2Success' layihəsi üçüncü dəfə uğurla həyata keçirildi - FOTOLARAccess2Success' layihəsi üçüncü dəfə uğurla həyata keçirildi - FOTOLARAccess2Success' layihəsi üçüncü dəfə uğurla həyata keçirildi - FOTOLAR

İqtisadiyyat       Tarix: 28 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler az cəbhədən ən son xəbərlər azerbaycan son xeber bugun sonxeberler