Access2Success Lənkəranda qadın sahibkarların biznes bacarıqlarını inkişaf etdirməyə dəstək oldu
AccessBank qadın sahibkarlığının gücləndirilməsi istiqamətində həyata keçirdiyi regional "Access2Success: Biznes idarəçiliyinin əsasları" təşəbbüsünü bu dəfə Lənkəran şəhərində reallaşdırdı.
azxeber.com xəbər verir ki, görüşdə ticarət, kənd təsərrüfatı, qida istehsalı, xidmət və digər sahələrdə fəaliyyət göstərən qadın sahibkarlar bir araya gələrək öz təcrübələrini bölüşüblər.
Layihə çərçivəsində AccessBank-ın mütəxəssisləri iştirakçılar üçün maliyyə savadlılığı, sahibkarlığın hüquqi, sahibkarlar üçün marketinq və şəxsi brendin formalaşdırılması mövzularında interaktiv sessiyalar keçirdilər. İştirakçılar öz biznes təcrübələrini paylaşaraq, inkişaf prosesində qarşılaşdıqları məsələləri birgə müzakirə ediblər.
Təlim proqramının sonunda iştirakçılara AccessBank tərəfindən sertifikatlar təqdim edildi.
Qeyd edək ki, Access2Success layihəsinə AccessBank tərəfindən 2022-ci ildə start verilib. Bu müddət ərzində layihə paytaxt və müxtəlif bölgələrdə yüzlərlə qadın sahibkara strateji planlaşdırma, satış və marketinq, e-ticarət, insan resursları və hesabatlılıq kimi istiqamətlərdə bilik və bacarıqlarını artırmaq imkanı yaradıb.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır