"AccessBank" 2020-ci ilin birinci yarısını mənfəətlə başa vurdu

"AccessBank" 2020-ci ilin birinci yarısını mənfəətlə başa vurduMikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan "AccessBank" 2020-ci il üzrə yarım illik maliyyə göstəricilərini elan edib.
İkinci rübün sonunda Bankın aktivləri 851.2 milyon manat təşkil edib.
Eyni tarixə Bankın xalis kredit portfeli 474.7 milyon olub. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın portfeli 535.3 milyon manat təşkil edib. Qeyd etmək lazımdır ki, bu ilin ilk yarısında kreditlərin 97.4%-i manatla verilib.  
2020-ci ilin ilk 6 ayı ərzində "AccessBank" 158.4 milyon manat məbləğində kredit verib. Verilən aylıq kreditlərin 50%-i bölgə filiallarının payına düşüb. Ümumi mikrokreditlərin 40%-i isə kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilib.   
İyun ayının sonuna Bankın əmanət portfeli 558.3 milyon manat təşkil edib. 
2020-ci ilin birinci yarım ili ərzində bankın xalis faiz gəlirləri 28.1 milyon manata bərabər olub. Bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 26.5% çoxdur.  
Qeyri-adi gəlirləri nəzərə almadan, Bankın əməliyyat gəlirləri 2019-cu ilin ilk yarım ili ilə müqayisədə 9.3 milyon manat artıb. Bankın 2020-ci ilin ilk yarım illik xalis mənfəəti 1.530 milyon manat olub.
Hazırda Bankın cəmi balans kapitalı 94.9 milyon manat və məcmu kapitalı 77.5 milyon manat təşkil edir, bu isə minimum məcmu kapital normasından (50 milyon manat) 55% artıqdır. 
İyun ayının sonuna Bankın ani likvidlik əmsalı 63.69% təşkil edib, bu isə normadan (30%) təxminən 2.12 dəfə yüksəkdir.
"AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov birinci yarım ilin maliyyə nəticələrini şərh edib:"Bankın fəaliyyəti ən yüksək beynəlxalq standartlara və dünya təcrübəsinə əsaslanır. Bu standart və təcrübələrə uyğunluq, ölkədə iqtisadi fəaliyyətin azaldığı bir dövrdə banka maliyyə cəhətdən sabit qalmağa imkan verir. Əlbəttə ki, COVID-19 pandemiyası planlarımıza təsir etdi: bütün dünyanı əhatə edən qeyri-müəyyənliyi nəzərə alaraq, biz ehtiyata ayırmalarımızı artırdıq, bu da öz növbəsində bankın mənfəətinə təsir göstərdi. Karantin tədbirləri fonunda, "AccessBank" kiçik və orta sahibkarlığa həm mövcud kreditləri restrukturizasiya edərək, həm də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlara yeni kreditlər verərək dəstək olmağa davam edir. Çətin şəraitdə işləməyə hər mənada hazırıq: həm likvidlik, həm kapitalın adekvatlığı və ən əsası komandanın təcrübəsi baxımından. Tərəfdaşlarımıza və əməkdaşlarımıza təşəkkür edirəm. Müştəri və səhmdarlarımızın bizə göstərdiyi etimad, həmçinin əməkdaşlarımızın peşəkarlığı "AccessBank"a məqsədlərinə çatmağa imkan verir."
Bu gün "AccessBank"ın səhmdarları sırasına Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər xarici maliyyə qurumları və investisiya fondları daxildir. /news.milli.az

İqtisadiyyat       Tarix: 24 iyul 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən şad xəbər valyuta mezennesi banklar xeber.az son xeberler xabarlar