AccessBank 2022-ci ilin birinci rübünün maliyyə hesabatını açıqladı

AccessBank 2022-ci ilin birinci rübünün maliyyə hesabatını açıqladıMikro,kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank,2022-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Ətraflı məlumat əldə etmək üçün:
Birincirübün sonuna bankın aktivləri 984 milyon manat təşkil edib.
Həmindövrdə bankın xalis kredit portfeli 630 milyon təşkil edib. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrəehtiyatlar nəzərə alınmadan, Bankın portfeli 667 milyon manat təşkil edib.Birinci rüb ərzində Bankın balansındakı kredit portfelinin payı 67.8%-ə qalxıb.
Bundanbaşqa, 2022-ci ilin ilk rübü ərzində "AccessBank" 177.0 milyon manat məbləğindəkredit verib. Kredit portfelinin artımı 2021-ci ilin sonu ilə müqayisədə 5,4%(34,4 milyon manat) və 2021-ci ilin birinci rübünün sonu ilə müqayisədə isə 28%(146,0 milyon manat) təşkil edib. Bank tərəfindən verilən aylıq kreditlərin50%-dən çoxu bölgə filiallarının payına düşüb və bütün mikrokreditlərin təxminən40%-i kənd təsərrüfatı sektoruna verilib.
2022-ciilin mart ayının sonundabankın depozit portfeli 2021-ci ilin sonuna nisbətən 7,9% artaraq 744,6milyon manat təşkil edib.
Habelə,2022-ci ilin birinci rübü ərzində bankın xalis faiz gəlirləri 17.5 milyonmanata bərabər olub, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 43% çoxdur.
AccessBank-ın2022-ci ilin birinci rübündə xalis mənfəəti 802.8 min manat olub.
HazırdaBankın cəmi məcmu kapitalı 81.5 milyon manat təşkil edir ki, bu da minimum məcmukapital normasından (50 milyon manat) 31.5 milyon manat çoxdur.
Martayının sonuna bankın ani likvidlik əmsalı 75.0% təşkil edib. Bu isə normadan(30%) təxminən 2.5 dəfə yüksəkdir.
AccessBank-ınİdarə Heyətinin sədri Davit Tsiklauri birinci rübdə bankın maliyyə nəticələrinişərh edib: "2022-ci ilin ilk üç ayı AccessBank - ın daha da güclənməsi üçünuğurlu bir rüb oldu. Belə ki, biz post-pandemiya reallığına uğurlauyğunlaşaraq, komandamızla birlikdə ötən ilin ayrı ayrılıqda olan rüblərinin hərbirindən daha çox qazanc əldə etdik. Nəticədə, cari ilin birinci rübündə əməliyyatgəlirlərimiz həm faiz, həm də qeyri-faiz gəlirlərinin artması hesabına əvvəlkirüblə müqayisədə 85% artaraq 2,23 milyon manat təşkil edib.
AccessBankolaraq mikrokredit bazarında lider mövqeyimizi qoruyub saxlamaqla yanaşı, eynizamanda digər seqmentlərə aid olan müştərilər üçün məhsul və xidmətlərimiziinkişaf etdirməyə davam edirik. Bu ilin mart ayında yeni ödənişinfrastrukturuna keçidi uğurla başa çatdırdıq. Qeyd olunan fəaliyyətimiz bizəyaxın gələcəkdə pərakəndə müştərilər üçün xidmətlər çeşidini genişləndirməyəimkan verəcək.
Qlobalgərginliyin yaratdığı təlatümün öhdəsindən gələrək beynəlxalq tərəfdaşlarımızlamünasibətlərimizi daha da genişləndiririk. AccessBank həmçinin müddətli əmanətsahibləri arasında ən etibarlı banklardan biri olmaqda qalır. Hazırda depozitportfelimiz 511 milyon manat təşkil edir ki, bu da əvvəlki rüblə müqayisədə11%, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 33% çoxdur.
Cariilin ilk rübündə görülən işlərin nəticələri bizə düzgün yolda olmamızla bağlı əminlikyaradır. Həmçinin ilin sonuna kimi müəyyən edilmiş strategiyanı həyata keçirərəkfəaliyyət göstərdiyimiz bütün seqmentlərdə yüksək nəticələr əldə edəcəyimiz barədəheç bir şübhə yoxdur. Əlbəttə ki, komandamıza göstərdikləri zəhmətə, fədakarlığavə uğurumuza verdiyi böyük töhfəyə görə təşəkkür etmək istərdim".
"AccessBank"Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və ortabizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı,Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalqmaliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 14-übölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumatəldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.azsaytına, və ya bankın sosial şəbəkələrdə (Facebook , Instagram, LinkedIn)hesablarına daxil olmaq olar.

İqtisadiyyat       Tarix: 26 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler axsam az xeberler siyaseti xeberler bugun valyuta mezennesi 2026