"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub.
"Crystal Group of Companies" ASC yayılan iddiaları təkzib edərək məsələ ilə bağlı rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki,  "Crystal Group of Companies" ASC-nin dövlət büdcəsinə heç bir vergi borcu yoxdur. Şirkətimiz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirir, üzərinə düşən bütün vergi və maliyyə öhdəliklərini vaxtında və tam şəkildə icra edir.
Təəssüf ki, bəzi media resurslarında ayrı-ayrı hüquqi şəxslər əsassız olaraq şirkətimizlə eyniləşdirilir və həmin subyektlərə aid olduğu bildirilən vergi borcları heç bir hüquqi əsas olmadan "Crystal Group of Companies" ASC-nin adına çıxarılır.
Diqqətə çatdırırıq ki, təxminən 498 min manat vergi borcunun olduğu göstərilən "CRYSTAL PLATES" MMC "Crystal Group of Companies" ASC-nin tərkibində fəaliyyət göstərmir və şirkətlər qrupumuza daxil deyil. Sözügedən hüquqi şəxsin vergi öhdəliklərinin şirkətimizlə əlaqələndirilməsi üçün heç bir əsas yoxdur.
Ayrı-ayrı hüquqi şəxslərin yalnız adlarındakı oxşarlığa görə eyniləşdirilməsi, onların maliyyə və vergi öhdəliklərinin başqa bir şirkətə aid edilməsi faktların təhrif olunmasına və ictimaiyyətin yanlış məlumatlandırılmasına səbəb olur. Bu cür yanaşmanı qəbuledilməz hesab edirik", – deyə açıqlamada vurğulanır.
Açıqlamada qeyd edilir ki, "Crystal Group of Companies" ASC-nin vergi öhdəlikləri barədə məlumatların doğruluğunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq rəsmi informasiya resursları vasitəsilə yoxlamaq mümkündür.
Şirkət media nümayəndələrini peşə etikası prinsiplərinə riayət etməyə, məlumatları dərc etməzdən əvvəl onların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, ayrı-ayrı hüquqi şəxslərin fəaliyyətini və öhdəliklərini bir-birindən fərqləndirməyə, ictimaiyyətə obyektiv və dəqiqləşdirilmiş informasiyalar təqdim etməyə çağırıb;
"Crystal Group of Companies" ASC-nin işgüzar nüfuzuna xələl gətirən, ictimai rəydə yanlış təsəvvür formalaşdıran və həqiqətə uyğun olmayan məlumatların yayılmasını qətiyyən qəbuledilməz hesab edirik.
Həqiqətə uyğun olmayan məlumatların yayılmasına qarşı qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadə etməkdə qətiyyətliyik.
Eyni zamanda, şirkətimizin işgüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmayan və ictimaiyyətdə yanlış təsəvvür formalaşdıran məlumatları yayan media resursları ilə bağlı müvafiq hüquqi tədbirlərin görülməsi məqsədilə yaxın günlərdə məhkəməyə müraciət olunacaqdır.
Bir daha bəyan edirik ki, "Crystal Group of Companies" ASC öz fəaliyyətində qanunvericiliyin aliliyini, şəffaflığı və ictimaiyyətin düzgün məlumatlandırılmasını əsas prinsiplər hesab edir. Şirkətimiz əsassız iddiaların və yanlış məlumatların yayılmasına qarşı qanunvericilik çərçivəsində bütün zəruri addımların atılmasında qətiyyətlidir", – deyə açıqlamada vurğulanıb. / azxeber.com

İqtisadiyyat       Tarix: 28 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 bugun xeberler cəbhədən görüntüleri kriminal xeber