AccessBank AYİB-dən 10 milyon ABŞ dolları həcmində əlavə maliyyələşdirmə aldı

AccessBank AYİB-dən 10 milyon ABŞ dolları həcmində əlavə maliyyələşdirmə aldıAzərbaycanda mikro,kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində aparıcı maliyyəinstitutlarından biri olan AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı(AYİB) ilə mövcud kredit xəttini uğurla genişləndirərək, əlavə 10 milyon ABŞdolları məbləğində ikinci tranşı əldə etdiyini elan edib.
azxeber.com xəbər verir ki, bu vəsait ölkə üzrə mikro, kiçik və orta sahibkarlıq subyektlərinindəstəklənməsi və inkişafına yönəldiləcək. Yeni maliyyələşdirmə AccessBank-ınAzərbaycanda davamlı iqtisadi inkişafın vacib qüvvələrindən biri kimi rolunudaha da gücləndirəcək və yerli sahibkarların maliyyə resurslarına çıxışimkanlarını genişləndirəcək.
"Mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi AccessBank-ınstrateji prioritetlərindən biridir. AYİB-dən əldə olunan bu yenimaliyyələşdirmə bizə, xüsusilə də MKOS kreditlərinə artan tələbat fonunda,müştərilərimizin kapitala çıxış imkanlarını daha da genişləndirməyə imkanverir. AYİB ilə uzunmüddətli tərəfdaşlığımızdan qürur duyuruq. Əməkdaşlığımızortaq dəyərlər və davamlı iqtisadi inkişafa sadiqlik üzərində qurulub," – deyəAccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
AYİB-in maliyyə dəstəyi, həmçinin, inklüziv iqtisadi artımıntəşviqinə və Azərbaycanda özəl sektorun rolunun gücləndirilməsinə xidmət edir.Bu tərəfdaşlıq hər iki qurumun – sahibkarlığın dəstəklənməsi, yeni işyerlərinin yaradılması və regionda maliyyə dayanıqlığının artırılmasıistiqamətindəki ortaq səylərini əks etdirir.
AccessBankAzərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və ortabizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasındaAsiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıkimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdəolmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirməimkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdimedilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldəetmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına və ya bankın müxtəlif sosial şəbəkələrdəolan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSCAzərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri,Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

İqtisadiyyat       Tarix: 17 may 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xeberler xeberler az sonxeber az maliyye xeberler bugun