AccessBank "Azərbaycan üçün Qadın Səlahiyyətləndirmə Mərkəzləri" layihəsinə qoşuldu - FOTOLAR

AccessBank Sizin yerli Avropa bankınız – AccessBank, ölkəmizinregionlarında qadın sahibkarlara dəstək layihəsinə qoşulub. AccessBankqadınlara sahibkarlıq sahəsində uğur qazanmaq üçün lazım olan məsləhət xidmətləri,resurslar və kommunikasiya imkanları yaradır.  
azxeber.com xəbər verir ki, «Azərbaycan üçün Qadın Səlahiyyətləndirmə Mərkəzləri» layihəsi ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilir və BeynəlxalqÖzəl Müəssisə Mərkəzi  (CIPE) tərəfindən AccessBank-ın dəstəyi ilə həyatakeçirilir. Layihə 2022-ci ilin oktyabr ayından başlayıb və 2024-cü ilinsentyabr ayına qədər davam edəcək. Layihə çərçivəsində Bakı, Gəncə, Xaçmaz,Kürdəmir, Lənkəran, Salyan və Şəkidə (kəndlər daxil olmaqla) təlimlər təşkiledilir.
Layihənınməqsədləri qadınların bilik və bacarıqlarını inkişaf etdirərək peşəkar şəbəkələryaratmaqla onların sahibkarlıq fəaliyyəti və ya keyfiyyətli işlərdə iqtisadiimkanlarını artıraraq sosial-iqtisadi iştirakı vəliderliyinə dəstək göstərmək, qadınların ehtiyac və istəkləri əsasındasahibkarlıq və biznes bacarıqlarını gücləndirmək, və onların davamlı cəmiyyətləəlaqəsini gücləndirməkdən ibarətdir. 
İndiyə kimi Salyanda keçirilən təlimə9 nəfər, Xaçmazda – 18 nəfər, Bakıda isə 19 nəfər cəlb edilib. Xaçmaz şəhərində10 gün davam edən "Qadınlar bizneslə məşğul olur" təlim kursunda liderlik,kommunikasiya, maliyyə və satışın proqnozlaşdırılması, marketinq, maliyyəplanı, biznes planı kimi mövzular keçirilib. Əlavə olaraq, AccessBank-ın Baş Ofisindəqadınlar üçün "Biznesdə stresin idarə edilməsi" mövzusunda təlim keçirilib,xanımlara stresli situasiyalarda davranış qaydaları və stres ilə mübarizəyolları barədə məlumat verilib.
AccessBank tərəfindən təlimçiqismində Marketinq departamentinin rəhbəri Yuliya Jurenkova və Mikro və Aqromüştərilər üzrə Menecer Elməddin Hacıyev cəlb ediliblər.
"Layihədə iştirakımız korporativsosial məsuliyyət tədbirlərinin tərkib hissəsidir. Biz, Azərbaycandasahibkarlığın potensialının inkişafına daim dəstək oluruq. Təlimlərin gedişatıvə nəticələr kifayət qədər uğurludur, biz, bundan sonra da qadın sahibkarlarıbizneslərini uğurla inkişaf etdirmək üçün lazımi resurs və biliklərlə təmin edəcəyik.Bu, mühüm layihəyə töhfə  verən və əməkdaşlıqedən hər kəsə təşəkkürümü bildirirəm", - AccessBank-ın İdarə Heyətinin üzvüRenat Hümbətov deyib.
CIPE:
Beynəlxalq Özəl Müəssisə Mərkəzi(CIPE) idarəetmə və iqtisadi inkişafın birləşməsində fəaliyyət göstərən, yerliçətinliklərə biznes assosiasiyaları, beyin mərkəzləri və digər təşkilatlarla əməkdaşlıqedərək özəl sektora yönəlmiş həllər həyata keçirən biznes yönümlü QHT-dir.CIPE-nin missiyalarından biri özəl sahibkarlığı və bazar yönümlü islahatlarıgücləndirməkdir.
AccessBank:
AccessBank Azərbaycanın mikromaliyyələşdirməbazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərəxidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropaİnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat vəqurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyətgöstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyədavam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: . 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldəetmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdəolan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBankQSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci iltarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakışəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank AccessBank AccessBank AccessBank AccessBank

İqtisadiyyat       Tarix: 04 aprel 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun kriminal hava haqqinda havanın temperaturu