AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VİP Club rebrendinq edilərək "Private Banking"ə çevrildi

AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VİP Club rebrendinq edilərək AccessBank Azərbaycanda sahibkarlıq və pərakəndə bankçılıq sahəsində mövqeyini möhkəmləndirməklə yanaşı, fərdi bankçılıq istiqamətinin inkişafında yeni mərhələyə qədəm qoyduğunu elan edir.
azxeber.com xəbər verir ki, 2023-cü ildə istifadəyə verilmiş və fərdi bankçılıq xidmətləri təqdim edən VİP Club məhsulu bu gündən etibarən rebrendinq edilərək "Private Banking" adı altında fəaliyyətini davam etdirəcək.
Rebrendinq çərçivəsində "Private Banking" konsepsiyası daha da təkmilləşdirilərək müştərilərə fərdiləşdirilmiş yanaşma, yüksək səviyyəli xidmət və həyat tərzinə uyğun kompleks həllər təqdim etməyə yönəlib. Yeni yanaşma müştərilərin vaxtına qənaət edən, gündəlik prosesləri sadələşdirən və əlavə dəyər yaradan xidmət modelinə əsaslanır.
"AccessBank olaraq əsas prioritetimiz müştərilərimizə yalnız maliyyə xidmətləri təqdim etmək deyil, onların gündəlik həyatını asanlaşdıran, vaxtlarına qənaət edən və real dəyər yaradan həllər formalaşdırmaqdır. VİP Club-un "Private Banking" olaraq rebrendinqi bu istiqamətdə atdığımız növbəti strateji addımdır. İnanırıq ki, yenilənmiş konsepsiya ilə müştərilərimizə daha yüksək səviyyədə fərdiləşdirilmiş xidmət və premium bankçılıq təcrübəsi təqdim edəcəyik", - bunu bankın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov deyib.
Qeyd edilib ki, "Private Banking" artıq yalnız bank məhsulu deyil, eyni zamanda müştərilərlə uzunmüddətli və etibarlı tərəfdaşlığa əsaslanan xidmət modelidir. Son iki il ərzində bu yanaşma öz nəticəsini göstərib – Bankın premium müştəri seqmentində əhəmiyyətli artım qeydə alınıb. Bu müddət ərzində müştəri bazasında böyük artım müşahidə olunub ki, bu da təqdim olunan fərdi yanaşma və yüksək xidmət keyfiyyətinə olan etimadın göstəricisidir.
Hazırda "Private Banking" çərçivəsində müştərilərə depozit, kredit və investisiya həlləri ilə yanaşı, aviabiletlərin təşkili, viza dəstəyi, sığorta xidmətləri və eksklüziv tədbirlərə çıxış kimi qeyri-maliyyə üstünlükləri də təqdim olunur. Bu xidmətlər müştərilərin yalnız maliyyə deyil, ümumi həyat keyfiyyətinin artırılmasına yönəlib.
"Private Banking bizim üçün sadəcə bir xidmət modeli deyil – bu, müştərilərimizlə qurduğumuz etibarlı və uzunmüddətli tərəfdaşlığın ifadəsidir. Son iki il ərzində qazandığımız təcrübə göstərdi ki, fərdi yanaşma və yüksək xidmət keyfiyyəti müştərilər tərəfindən yüksək qiymətləndirilir. Yeni mərhələdə məqsədimiz bu yanaşmanı daha da inkişaf etdirərək, müştərilərimizə onların həyat tərzinə uyğun, dəyər yaradan və fərq yaradan həllər təqdim etməkdir", deyə Private Banking məhsulunun rəhbəri Vüsalə Quliyeva bildirib. 
Yeni mərhələdə Bank premium tərəfdaş şəbəkəsinin genişləndirilməsini, müştərilərə daha çox fərdi imtiyazların təqdim olunmasını və xidmətlərin həyat tərzi yönümlü formatda inkişafını əsas prioritetlər kimi müəyyən edib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

İqtisadiyyat       Tarix: 20 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

"SİMM – Süni İntellektlə Müasir Məktəb" layihəsinin praktiki təlim mərhələsinə start verilir

Azercell-in dəstəyi ilə həyata keçirilən "SİMM – Süni İntellektlə Müasir Məktəb" layihəsinin növbəti mərhələsinə start verilir. Təlimlər müəllimlərin süni intellekt alətlərindən tədris prosesində səmərəli istifad

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al

Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus

Birbank Taksit kartı istifadəçiləri Sentyabr ayında etdikləri alış-verişlərə görə əlavə 3% bonus qazanırlar. xəbər verir ki, belə ki, 2–30 sentyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kart

Azərbaycanda maaş artdı

2026-cı ilin yanvar - avqust ayları üzrə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 176,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur. Sözügedə

"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR

5 sentyabr tarixində ailələr idman, rəqabət və əyləncə dolu bir gün yaşadılar. xəbər verir ki, "Marsol Academy", "Marsol Sports" və "Qolat Sports Services"in birgə təşkilatçılığı ilə keçirilə

Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü

Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemi olan Bir-in təşəbbüsü və sənaye liderlərinin birgə təsisçiliyi ilə "MoveUP" icması yaradıldı. Yeni qeyri-kommersiya icması Azərbaycanda rəqəmsal inkişafı sürətləndirməy

Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız

Müştərilərinə daima sərfəli kredit təklifləri yaradan Bank of Baku bu dəfə 20 Sentyabr – Neftçilər Günü münasibətilə xüsusi kredit kampaniyasına start verib. . xəbər verir ki, Bank of Baku indi Azərbaycan Dövlət Neft Şirkət

Azercell qadınları dəstəkləyən müsabiqə elan edir

Azercell "Həyatı daha dolğun edirik: qadınlara dəstək2026" sosial layihə müsabiqəsi üzrə müraciətlərin qəbuluna başlayır. xəbər verir ki, müsabiqəninməqsədi qadınların iqtisadi imkanlarının genişləndirilməsi, yen

Yasamalda hazır mənzil almaq istəyənlər üçün 3 fərqli ödəniş imkanı

Mənzil almaq istəyənlərin düşündüyü əsas məsələlərdən biridə yeni evlərinə nə vaxt köçə biləcəkləridir. Ev seçərkən sahə, otaq sayı vəlokasiya ilə yanaşı, mənzilin hazır olması da qərara təsir edir. Hazır mənzilinüstünlüy


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 sonxabar az sou biznes xeberler az