AccessBank gənc sahibkarlara 45 milyondan çox biznes krediti ayırıb
Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank mikro, aqro, kiçik və orta sahibkarlara dəstək olmaqda davam edir.
20 ildir bizneslərin inkişafına töhfə verən bank həm də gənc sahibkarlar nəslinin formalaşmasına yardım edir. Təkcə 2022-ci ildə AccessBank 18-30 yaş aralığında olan 4 minədək sahibkara ümumilikdə 45 milyondan çox biznes krediti ayırıb.
Biznes dəstəyi ilə yanaşı AccessBank gənclərə həm də karyera imkanları yaradır. Bank mütəmadi olaraq Bankirlər, Riteyl Bankirlər və KOB (SME) Məktəbi layihələrini, həmçinin təcrübə proqramlarını reallaşdırır.
Layihələrin əsas məqsədi gəncləri bankçılığa cəlb etmək, gələcəyin liderlərini yetişdirmək və onları işlə təmin etməkdir. Hazırda AccessBank əməkdaşlarının təqribən 40%-ni məhz gənc kadrlar (18-30 yaş aralığı) təşkil edir.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar. / azxeber.com

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu