AccessBank və Visa Azərbaycanda açılan ilk kobrend filialında ağıllı kartomat təqdim etdilər - FOTOLAR

AccessBank və Visa Azərbaycanda açılan ilk kobrend filialında ağıllı kartomat təqdim etdilər - FOTOLAR13.03.2024. Bank sektorunun aparıcı oyunçularından olan AccessBank və rəqəmsal ödənişlər üzrə qlobal lider Visa, Azərbaycanda ilk innovativ kobrend filialını açmaq üçün birləşib.  Bakının Səbail rayonu, R.Rza küçəsi 15 ünvanında yerləşən ilk kobrend filialının açılması Azərbaycanda bank müştərilərinin yeni xidmət səviyyəsi ilə təmin olunmasına şərait yaradacaq.
Xidmət sahəsində innovasiyaların tətbiqi siyasətinə sadiq qalan AccessBank və Visa, müştəriləri ödəniş kartlarının istehsalını sürətləndirmək üçün nəzərdə tutulan Smart Embosser Machine (SEM) ağıllı terminalı ilə sevindirəcəklər. Kobrend filialının əsas üstünlüyü olan yeni terminal müştərilərə adlı kredit və debet kartlarını bir dəqiqə ərzində yerində çap edib əldə etmək imkanı yaradır.
"Biz Azərbaycanda qlobal ödəniş lideri Visa ilə kobrend filialı açan ilk bank olmaqdan qürur duyuruq, bu, bizim etibarlı tərəfdaş kimi imicimizin əlavə sübutudur. Biz həmçinin məmnuniyyətlə bildiririk ki, bu əməkdaşlıq müştərilərə xidmət, nağdsız ödənişlərin təkmilləşdirilməsi və genişləndirilməsi sahəsində yenilikləri tətbiq etməyə imkan verəcək", - filialın açılışında AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyev bildirib.
"AccessBank uzun illərdir ki Visa-nın strateji və etibarlı tərəfdaşıdır. Bu gün açılan filial adi formatdan fərqlənir - burada kovorkinqdə və ya kafedə olduğu kimi rahat atmosfer yaradılıb. Eyni zamanda, burada müştərilərlə işləmək üçün innovativ texnologiyalardan istifadə edilir. Məsələn, kart istehsalı üçün yüksək texnologiyalı terminallar quraşdırılıb - indi siz Visa kartlarını daha sürətli və daha rahat əldə edə bilərsiniz. Biz AccessBank-la əməkdaşlığımızdan qürur duyuruq və əminik ki, birlikdə Azərbaycanın nağdsız iqtisadiyyatını inkişaf etdirməyə davam edəcəyik", - Visa-nın Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropada baş vitse-prezidenti və regional meneceri Kristina Doroş deyib.
İnnovativ və rahat maliyyə həllərinin tətbiqi AccessBank-ın fəaliyyət prioritetərindəndir. Bank bu istiqamətdə fəaliyyətini davam etdirərək, müştərilərin tələblərini ödəməklə, ölkənin bank sektorunun inkişafına öz töhfəsini verəcək.
"AccessBank-Visa"  kobrend filialı müştərilərə iş günləri saat 9:00-dan 18:00-dək xidmət göstərir. Filial həm hüquqi, həm də fiziki şəxslərə maliyyə əməliyyatları üzrə xidmətlər təklif edir.  Müştərilərin rahatlığı üçün burada ATM və Cash In xidmətlərinin göstərildiyi 24/7 fəaliyyət göstərən zona yaradılıb.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 
Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: . Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

/ azxeber.com

İqtisadiyyat       Tarix: 14 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun kriminal hava haqqinda havanın temperaturu