AÇIQLANDI! Tramp ilk olaraq ONLARI ÖLDÜRƏCƏK – Siyahıda Xamenei də var
ABŞ-İran gərginliyi fonunda "Israel Hayom" internet nəşri Vaşinqtonun mümkün hərbi planları ilə bağlı diqqətçəkən iddia irəli sürüb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, nəşr yazır ki, ABŞ prezidenti Donald Tramp cəmi bir həftə əvvəl "İranda yeni liderliyə ehtiyac var" bəyanatını səsləndirib və bu açıqlama Tehranda ciddi narahatlıq doğurub.
Məlumatda qeyd olunur ki, ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdə intensiv şəkildə cəmləşdirilməsi fonunda İranda hansı yüksək rütbəli şəxslərin və hansı strateji obyektlərin potensial hücum hədəfi ola biləcəyi ilə bağlı müzakirələr genişlənib. Nəşrin iddiasına görə, mümkün ssenarilərdə İranın hərbi-siyasi rəhbərliyinin ən üst səviyyədəki fiqurları əsas risk qrupunda yer alır.
"Israel Hayom"un yazdığına əsasən, potensial hədəf kimi göstərilən şəxslərin siyahısında aşağıdakı adlar yer alır:
İranın Ali Rəhbəri Əli Xamenei
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni komandanı Məhəmməd Pakpur
Fövqəladə qərargahın rəhbəri Qulaməli Rəşid
İran Ordusunun komandanı Əmir Hatəmi
Ordu və SEPAH-ın Baş Qərargah rəisi Əbdürrəhim Musəvi
Bəsic milis qüvvələrinin komandanı Qulamrza Süleymani
Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani
Əli Xameneinin müşaviri Əli Şəmxani
Nəşr vurğulayır ki, sözügedən siyahı rəsmi şəkildə təsdiqlənməyib və ABŞ administrasiyası tərəfindən açıqlanmış rəsmi hədəf planı mövcud deyil. Bununla belə, yayılan məlumatlar ABŞ-İran qarşıdurmasının hərbi mərhələyə keçə biləcəyi ehtimallarını gücləndirir və regionda gərginliyi daha da artırır.
Qeyd olunur ki, Tehran tərəfi ABŞ-dan gələ biləcək istənilən hücumu "tammiqyaslı müharibə aktı" kimi qiymətləndirəcəyini dəfələrlə bəyan edib.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər