ADA ilə "Veysəloğlu"nun tərəfdaşlığı uğurla davam edir – Xeyriyyə məqsədli festival keçirilib

ADA ilə ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA İbtidai Məktəbində artıq ənənə halını alan Payız festivalı – Məhsul bayramı böyük coşqu ilə qeyd edilib.
azxeber.com xəbər verir ki, tarixən xalqımızın ənənələri sırasında xüsusi yer tutan məhsul bayramı bu gün də bolluğun, ruzinin, bərəkətin və birliyin simvolu kimi qeyd olunur. Festivalın keçirilməsində əsas məqsəd ADA ailəsini və tərəfdaşlarını bir araya gətirərək şagirdlər və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik adətlərimizi yaşatmaq və erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər yetişdirmək olub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, dövlət rəsmiləri, ADA Universitetinin və ADA Məktəbinin müəllimləri, tələbələri, tərəfdaş şirkətlər, valideynlər və məzunlar bir araya gəliblər.
Məhsul bayramının açılışında çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev tədbir iştirakçılarını salamlayaraq, müxtəlif sahələrdən olan insanların bu bayramda ümumi məqsəd ətrafında bir araya gəldiklərini vurğulayıb. O, hər il miqyası və əhatə dairəsi genişlənən bu vacib təşəbbüsün gələcəkdə də davamlı olacağına inandığını qeyd edib.
Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov bildirib ki, şirkət olaraq böyük məmnunluqla belə tədbirlərdə iştirak edirlər. VŞQ-nin təsisçisi həmçinin qeyd edib ki, keçmişimizə, millətimizin tarixinə, mədəniyyətimizin inkişafına xidmət edən bu cür təşəbbüslər mütləq mənada dəstəklənməlidir. 
Rəsmi hissədən sonra tədbir rəngarəng bədii proqramla davam edib. ADA Universitetinin tələbələri və məktəbin şagirdləri tərəfindən hazırlanan çıxışlar, musiqi və rəqs ifaları bayram ab-havasını daha da canlandırıb. Tədbirə ADA ailəsinin üzvü, Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayevanın musiqili çıxışı isə xüsusi rəng qataraq iştirakçılara unudulmaz anlar yaşadıb.
Tədbir çərçivəsində tələbə və şagirdlərin əl işləri, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə məqsədli sərgi-satış təşkil olunub. Yığılan vəsait ADA İbtidai Məktəbinin şagirdləri və Azərbaycan Uşaq Fondu ilə birgə seçiləcək təhsil məqsədli sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək. Bu təşəbbüslər Məhsul bayramının mənəvi dəyərini daha da artıraraq paylaşma və xeyirxahlıq ruhunu yaşadır.
Ötən il keçirilən Məhsul bayramı zamanı toplanan vəsait 1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsində təşkil olunan təhsil layihələrinin reallaşdırılmasına sərf edilib.
Əsas və daimi tərəfdaş kimi Veysəloğlu Şirkətlər Qrupu, o cümlədən "Veysəloğlu Distribusiya", "Ulduz", "Araz" supermarketlər şəbəkəsi, "Oba" marketlər şəbəkəsi, "Xonça" və "Rossmann" şirkətləri, həmçinin ADA Universitetinin əməkdaşlıq etdiyi "Paul", "Fryday", "Cinnabon", "Şahdağ-E Arıçılıq", "Absheron Olive Garden", "Maxprint" və "Referans Medical Group" kimi şirkətlərin dəstəyi ilə keçirilən bu bayramda, ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək, şirniyyat və digər yerli istehsal nümunələri ilə yanaşı, qeyri-qida məhsulları da satışa çıxarılıb.

ADA ilə ADA ilə ADA ilə ADA ilə ADA ilə ADA ilə ADA ilə ADA ilə ADA ilə

İqtisadiyyat       Tarix: 03 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər hava durumu novruz bayramı xabar az