ADA Universiteti və Bank of Baku "Mini-MBA" proqramı uğurla yekunlaşdı - FOTOLAR

ADA Universiteti və Bank of Baku ADA Universiteti ilə Bank of Baku-nun əməkdaşlıq memorandumu çərçivəsində universitetin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA" Proqramı uğurla başa çatıb. Bu münasibətlə ADA Universitetində oktyabrın 27-də Bank of Baku və universitetin rəhbər heyəti, ekspert heyəti, eləcə də proqram iştirakçıları ilə birgə Məzun Günü keçirilib.
ADA Universiteti tərəfindən xüsusi olaraq hazırlanmış "Mini-MBA" proqramının əsas məqsədi rəhbər şəxslərin menecment bacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə və qərar qəbul etmə, eləcə də liderlik, ünsiyyət və problem həll etmə bacarıqlarını gücləndirməkdir. Dərslər ADA Universitetinin təcrübəli professor-müəllim heyəti tərəfindən aparılıb. On moduldan ibarət birillik proqram liderliyin əsasları, strategiya hazırlanması, maliyyə menecmenti, layihə idarəetməsi, marketinq, menecerlər üçün iqtisadiyyat, biznes analitikası, komanda idarəçiliyi və s. kimi mövzuları əhatə edib.
Bank sektorunda ilk dəfə Bank of Baku üçün təşkil edilən proqram çərçivəsində Bank of Baku-nun rəhbər vəzifədə çalışan 30 əməkdaşı tədris alıb.
Tədbirin açılışında çıxış edən ADA Universitetinin prorektoru Elkin Nurməmmədov proqramın nəzəri və praktiki biliklər arasında balanslı yanaşma ilə hazırlandığını, təlimçilərin həm ADA Universitetinin professor-müəllim heyətini, həm də özəl sektoru təmsil edən təcrübəli peşəkarları əhatə etdiyini qeyd edib. O, iştirakçılar arasında maraqlı müzakirələrin aparıldığını, müəllim kimi peşəkar auditoriya qarşısında dərs deməkdən məmnunluq duyduğunu və proqramın işgüzar mühit üçün əhəmiyyətini xüsusi vurğulayıb.
Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev isə öz çıxışında hazırkı dövrdə biznes sahəsində rəqabətlilik yaradan amillərin yalnız maddi və ölçüləbilən resurslarla kifayətlənmədiyini, insan resurslarının keyfiyyətinin yüksəldilməsinin də biznesə rəqabətədavamlılıq qazandırdığını vurğulayıb. Bu baxımdan proqramda əldə olunan bilgilərin real iş mühitində verəcəyi müsbət nəticə və faydalara inamını ifadə edən Həsən Quliyev, son olaraq ADA Universiteti ilə müxtəlif inkişaf imkanlarının yaradılması istiqamətində əməkdaşlığın davamlı olacağına dair fikirlərini bildirib. 
ADA Universitetinin İxtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva isə öz çıxışında proqramın effektliyi haqqında ətraflı məlumat verərək, ADA Universiteti ilə Bank of Baku arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə inandığını bildirib. 
Sonda proqramdan məzun olan iştirakçılara ADA Universitetinin prorektoru Elkin Nurməmmədov, onun müşaviri İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva və Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev tərəfindən sertifikatlar təqdim edilib və xatirə fotosu çəkilib.
Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki, fəaliyyət göstərən Bank of Baku-da hazırda 1000-dən çox əməkdaş çalışır. Bank of Baku paytaxt Bakı və regionlarda olmaqla 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
-www.bankofbaku.com 
www.facebook.com/bankofbaku
ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku ADA Universiteti və Bank of Baku / azxeber.com

İqtisadiyyat       Tarix: 28 oktyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər hava durumu novruz bayramı xabar az