Adəm Məmmədovun yeni kitabı işıq üzü gördü
Vəkil-yazar Adəm Məmmədovun "Oğurlanmış adam" detektiv romanı çap olunub.
Real faktlar əsasında qələmə alınan roman qəribə bir cinayət hadisəsindən bəxş edir.
Leş Kələntər qeyri-qanuni yolla külli-miqdarda pul və qızıl yığıb. Bir gün onun oğlu Zaur seyfdəki pul və qızıllarla birlikdə yoxa çıxır.
Ölkəni bir-birinə vuran bu cinayət hadisəsi adam oğurluğudurmu, yoxsa sadəcə talançılıq? Sualın cavabını tapmaq heç cür mümkün olmur. Hətta hadisədə iştirak edənlər tutulub istintaqa cəlb edilsə də, sirlər çözülmür. Kimin günahlı, kimin günahsız olduğunu dəqiq bilən yoxdur.
Belə bir vəziyyətdə uzun müddət hüquq sistemindən aralanan təcrübəli vəkil David işə qarışır. Hadisələr çözüldükcə oxucu bütün qaranlıq məqamlardan halı olur.
Sonluq isə əsl sürprizə çevrilir.
"Qanun" Nəşrlər Evində işıq üzü görən kitabın yaxın günlərdə təqdimat mərasimi və imza günü keçiriləcək.
/ azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi