Adil Əliyev İƏT-ın Gənclər Forumunun prezidenti Taha Ayhanla görüşüb - FOTO

Adil Əliyev İƏT-ın Gənclər Forumunun prezidenti Taha Ayhanla görüşüb - FOTOAdil Əliyev İƏT-ın Gənclər Forumunun prezidenti Taha Ayhanla görüşüb - FOTO
Noyabrın 17-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.
Görüş zamanı Adil Əliyev İƏT Gənclər Forumunun ilk Baş Assambleyası da daxil olmaqla bir çox beynəlxalq tədbir və layihələrinə, o cümlədən, Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin tədbirlərinə Azərbaycan Respublikasının ev sahibliyi etdiyini bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biri olan gənclər və idman sahəsinə böyük önəm verdiyini söyləyib. Bunun bariz nümunəsi olaraq IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirildiyini diqqətə çatdırıb. Ölkəmizin ev sahibliyi etdiyi bu idman yarışlarının həm də İslam ölkələri arasında olan həmrəyliyin daha da gücləndirilməsində vacibliyini qeyd edib. Hazırda bu nüfuzlu təşkilata qardaş Türkiyə Respublikasının rəhbərlik etdiyinin əhəmiyyətli olduğunu deyib.
Vitse-spiker bildirib ki, iki ölkə arasında qarşılıqlı dəstək və strateji tərəfdaşlıq əlaqələrinin inkişafında dövlət başçılarının səmimi münasibətləri müstəsna rol oynayır. O, Dağlıq Qarabağ uğrunda Vətən müharibəsində, ərazilərimizin bərpa edilməsində, torpaqlarımızın işğalçılardan azad olunmasında Türkiyənin verdiyi siyasi və mənəvi dəstəyə görə hər bir Azərbaycan vətəndaşının minnətdarlığını ifadə edib.
Adil Əliyev qonaqların ölkəmizə səfərinin olduqca əlamətdar günlərə təsadüf etdiyini bildirərək, xalqımızın 30 illik nisgilinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın möhtəşəm qələbəsi ilə son qoyulmasına diqqət çəkib. Şanlı Ordumuzun qısa zamanda Ermənistan üzərində misilsiz qələbə qazandığını, uzun illər ərzində öz yurd-yuvasından didərgin salınan bir milyondan çox soydaşımızın doğma evlərinə qayıtmağa hazırlaşdığını bildirib.
Taha Ayhan Gənclər Forumunun gördüyü işlər, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Hazırda Forumda dünyanın 46 ölkəsindən, o cümlədən qeyri-müsəlman ölkələrdən  müsəlman gənclərin də təmsil olunduğunu qeyd edib.
Qonaq Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Forumun aktiv iştirak etdiyini dilə gətirərək, "Justice for Khojaly" beynəlxalq kampaniyası çərçivəsində səylərini əsirgəmədiyini vurğulayıb.
Söhbətdə gənclər siyasəti sahəsində əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Adil Əliyev İƏT-ın Gənclər Forumunun prezidenti Taha Ayhanla görüşüb - FOTOAdil Əliyev İƏT-ın Gənclər Forumunun prezidenti Taha Ayhanla görüşüb - FOTOAdil Əliyev İƏT-ın Gənclər Forumunun prezidenti Taha Ayhanla görüşüb - FOTOAdil Əliyev İƏT-ın Gənclər Forumunun prezidenti Taha Ayhanla görüşüb - FOTO

Siyasi       Tarix: 17 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xeber bugünki xəbərlər zelzele xeber.az