Adnan Oktarla evlənən qadınlardan dəhşətli etiraflar: 16 yaşlı qızları
Adnan Oktardan qaçan qadınlar danışdı: "Narkozdan istifadə etmədən burnumu əməliyyat etdirməyə məcbur oldum".
Adnan Oktarın qruplaşmasından qaçan şəxslər İngiltərənin "The Times" qəzetinə açıqlamalar verib.
azxeber.com xəbər verir ki, zərərçəkmişlərdən biri Adnan Oktarın onları plastik əməliyyat etdirməyə məcbur etdiyini bildirərkən "20 yaşımda narkozsuz burun əməliyyatı etdirməyə məcbur oldum", deyib.
Qrupdan qaçanlar da yaşadıqları cinsi zorakılıqlardan danışıblar. Bəzilərinin Adnan Oktarla "imam nikahı" bağladığı bildirilən "pişiklər" adlı qrupun cinsi istismara və təcavüzə məruz qaldığı ortaya çıxıb.
Qrupdan Seda İşıldar adlı qızın veridiyi açıqlamada 16 yaşında ikən məzhəb lideri tərəfindən cinsi istismara məruz qaldığını, 20 yaşında isə ümumi narkoz olmadan plastik əməliyyat etdirməyə məcbur edildiyini bildirib.
2006-cı ildə 24 yaşında Adnan Oktarın qruplaşmasına qatılan digər Ceylan Özgül adlı qız isə bildirib ki, qrupla yaşamaq həbsxanada yaşamaq kimi bir şeydir.
Özgül məcbur narkoz olmadan burun əməliyyatı keçirdiyini də bildirərək bu vəziyyətə görə hələ də travma keçirdiyini bildirib: "Hələ də çəkicin burnuma dəydiyini xatırlayıram".
Digər tərəfdən "Aslanlar" kimi tanınan qrupun kişi üzvülərindən Şahin adlı şəxs açıqlamasında qrupa daha çox qadın cəlb etmək vəzifəsinin onlara verildiyini deyib. Oktarın sayəsində dəbdəbəli geyimlər geyinən və görünüşünə diqqət yetirən Şahin qısa zamanda qadınların "yeminə" çevrilib.Qeyd edək ki, yanvar ayında Adnan Oktar zorlama, uşaq istismarı, casusluq və şantaj kimi bir sıra ittihamlarla 1045 il həbs cəzasına məhkum edilib. Lakin 64 yaşlı Oktar bütün ittihamları rədd edərək apellyasiya şikayəti verəcəyini bildirib.
O, Oktarın 30 yaşında ikən onu zorla evləndirdiyini, düz 8 ildən sonra qaçıb Kanadaya köçdüyünü bildirib.2018-ci ildə Adnan Oktarın qruplaşmasına qarşı aparılan istintaq çərçivəsində İstanbul və digər şəhərlərdə onun mülklərinə polis basqınları həyata keçirilib, Adnan Oktar Cinayət Təşkilatı ilə əlaqəsi məlum olan 171 nəfər həbs edilib.
Aydın Nuri

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub