ADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans" keçirilir

ADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi KonfransAprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 105 illik yubileyi münasibətilə "MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans" öz işinə başlayıb.
azxeber.com xəbər verir ki, açılış mərasimindən əvvəl ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, universitetin əməkdaşları və xarici qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Universitetin Akt zalında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, sənaye nümayəndələrini, doktorantları və tədqiqatçıları bir araya gətirib. Konfrans elmi və praktiki səviyyədə fikir mübadiləsi aparmaq üçün zəngin platforma rolunu oynayır.
Açılış mərasimində çıxış edən ADNSU-nun rektoru dosent Rüfət Əzizov tədbirin əhəmiyyətindən bəhs edərək iştirakçıları salamlayıb. O, qeyd edib ki, universitetin 105 illik yubileyi çərçivəsində belə yüksək səviyyəli elmi tədbirin təşkili Azərbaycan elminin beynəlxalq aləmdə tanıdılmasına və ölkənin elmi potensialının nümayişinə mühüm töhfə verir. Rektor makromolekullu birləşmələr sahəsindəki innovasiyaların sənaye və texnologiya sahələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, konfransın təkcə elmi fikir mübadiləsi üçün deyil, həm də universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və gənc tədqiqatçıların beynəlxalq təcrübədən bəhrələnməsi baxımından da əhəmiyyətli olduğunu qeyd edib. Sonda, rektor tədbirdə iştirak edən yerli və xarici qonaqlara təşəkkürünü bildirərək konfransa uğurlar arzulayıb.
Açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Bolqarıstanın Neofit Rilski adına Cənub-Qərb Universitetinin rektoru professor Nikolay Marin, "Reading" Universitetinin professoru Vitaliy Xutoryanskiy və Malayziya Putra Universitetinin professoru Mohd Sapuan Salit də çıxış ediblər. Onlar elmi əməkdaşlığın genişləndirilməsi, bilik transferi və davamlı inkişaf üçün akademik əlaqələrin əhəmiyyətindən danışıblar. Bildirilib ki, konfrans makromolekullar sahəsində aparılan tədqiqatların müzakirəsi, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və bu sahədəki aktual çağırışların nəzərdən keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çıxışlarda həmçinin, ADNSU-nun yetişdirdiyi mühəndis kadrların neft və sənaye sahələrinin inkişafına verdiyi töhfələr və universitetin elmi-tədqiqat uğurları vurğulanıb.
Konfrans çərçivəsində keçirilən panel sessiyada "Dövlət-Sənaye-Universitet Əməkdaşlıq Modeli – İnnovativ İnkişafın Drayveri kimi" mövzusu ətrafında müzakirələr aparılıb. Paneldə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov, SOCAR Downstream şirkətinin proses direktoru Qədir Əliyev, "SOCAR Fugro" MMC-nin direktoru Fikrət Əliyev və "N1" şərab zavodunun İdarə Heyətinin sədri Mətləb Abbasov çıxış edərək öz sahələrindəki innovativ yanaşmaları və təcrübələri bölüşüblər.
Konfrans çərçivəsində həmçinin, "Sənayedə Müasir Texnologiyalar və İnnovasiyalar" mövzusunda sərgi təşkil olunub. Sərgidə müasir texnologiyaların tətbiqi və sənayedə innovasiyaların rolu nümayiş etdirilib.
Qeyd edək ki, konfransa Azərbaycanın müxtəlif ali təhsil müəssisələri və elmi institutları ilə yanaşı, xarici ölkələrdən də onlarla universitetin nümayəndələri qatılıb. Ümumilikdə tədbirə 307 elmi məqalə və 241 tezis təqdim olunub ki, onlardan 27 məqalə və 49 tezis xarici ölkələrin alimləri tərəfindən göndərilib.
Müasir dövr üçün aktual olan və gələcək elmi istiqamətlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edən konfrans müxtəlif mövzulara həsr olunmuş bölmə iclasları ilə iki gün davam edəcək.
ADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi KonfransADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi KonfransADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi KonfransADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi KonfransADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi KonfransADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi KonfransADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi KonfransADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi KonfransADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi KonfransADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi KonfransADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi KonfransADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi KonfransADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi KonfransADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi KonfransADNSU-da 'Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans

Sosial       Tarix: 24 aprel 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


azerbaycan xeberleri son xeberler yeni xeberler krimnal xeber cəbhədən son məlumatlar son.xabar sonxeberler