ADNSU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı genişlənir - FOTOLAR
Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
azxeber.com xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqlara universitetin tədris prosesi, ixtisaslar, laboratoriyalar, elmi tədqiqat hədəfləri, həmçinin innovasiya və rəqəmsal inkişaf sahəsindəki təşəbbüsləri barədə məlumat verib. Rəqəmsal həllərin sənayenin müxtəlif sahələrinə tətbiqinin aktuallığını qeyd edən rektor, eyni zamanda kibertəhlükəsizlik və texnoloji layihələrinin icrasının, bu istiqamətdə əməkdaşlığın faydalı olcağına əminliyini bildirib.
Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən İRİA İdarə Heyətinin sədri Fərid Osmanov ali təhsil müəssisələri, o cümlədən ADNSU ilə əməkdaşlığın önəmini qeyd edib. O, mövcud rəqəmsal inkişaf konsepsiyası çərçivəsində mövcud layihələrin icrasında, təhsil və digər infrastruktur sahələrində birgə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Sonda qonaqlar ADNSU və UFAZ-ın laboratoriyaları, o cümlədən HPC və Lazer Mərkəzi, Rəqəmsal energetika laboratosiyası və kompüter otaqları ilə tanış olaraq universitetin maddi-texniki bazasının yüksək olduğunu bildiriblər.







Xidmetler [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA