ADNSU ilə İspaniya universitetləri arasında əməkdaşlıq genişlənir
Aprelin 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İspaniya Krallığının ölkəmizdəki səfirliyi, Təhsilin Beynəlxalqlaşdırılması üzrə İspan Xidməti (SEPIE) və Jaen Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
azxeber.com xəbər verir ki, ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları universitetdə salamladıqdan sonra universitetin tarixi, tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq əlaqələri, eləcə də ikili diplom proqramları haqqında onlara ətraflı məlumat verib. İspaniya universitetləri ilə potensial akademik əməkdaşlığın vacibliyinə toxunan rektor, dosent Rüfət Əzizov birgə elmi tədqiqat layihələrinin, tələbə, müəllim mübadiləsi və mobillik proqramlarının, həmçinin akademik heyət üçün bacarıqların artırılmasında maraqlı olduğunu deyib.
ADNSU-ya səfərdən məmnunluqlarını bildirən qonaqlar Azərbaycan və İspaniya Təhsil nazirlikləri arasında nəzərdə tutulan ikitərəfli memorandumdan və potensial akademik əməkdaşlığın araşdırılmasından və görülə biləcək işlərdən söz açıblar.
Görüşdə eyni zamanda, gələcək mübadilə proqramları üçün viza prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi üçün səfirlik tərəfindən dəstəyin göstəriləcəyi vurğulanıb və birgə uzunmüddətli elmi əlaqələrin və tədqiqat yönümlü layihələrin işlənməsinin əhəmiyyətindən danışılıb.
Sonda qonaqlar ADNSU-nun Tarix muzeyinidə olub, burada qorunub saxlanılan neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar.





Kurslar.az kurslar [newsid: 0-123300]

"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir