ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməsi Vaşinqtonun Tehranla bağlı növbəti addımlarının necə olacağı sualını aktuallaşdırır.
Bəs ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməsi nə dərəcədə realdır? Bu cür açıqlamalar hərbi planların mövcudluğuna işarədir, yoxsa İrana qarşı siyasi və psixoloji təzyiq vasitəsidir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, nüvə silahından istifadə ehtimalının müzakirəyə çıxarılması təsadüfi deyil. Onun fikrincə, bu məsələ ABŞ-ın gündəmində ola bilər və İsrailin baş naziri Benyamin Netanyahu da belə bir addımın tərəfdarlarından biridir.
ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlarPolitoloq hesab edir ki, İranın nüvə obyektlərinin sıradan çıxarılması üçün taktiki nüvə silahından istifadə variantı nəzərdən keçirilə bilər. Bununla belə, adi silahlarla zənginləşdirilmiş uranın saxlandığı obyektlərin məhv edilməsi imkanları da diqqətdən kənarda qalmamalıdır.
M.Əsədullazadə bildirib ki, nüvə silahının tətbiqi regionda vəziyyəti daha da ağırlaşdırar, genişmiqyaslı geosiyasi gərginliyə və humanitar fəlakətə yol açar. Onun qənaətinə görə, belə bir zərbə İranda mövcud hakimiyyətin devrilməsinə gətirib çıxarmayacaq, əksinə, münaqişənin daha da dərinləşməsinə səbəb olacaq.
Politoloq vurğulayıb ki, nüvə silahından istifadə yalnız İranla məhdudlaşmayacaq və onun təsirləri Azərbaycanın da daxil olduğu geniş coğrafiyaya yayıla bilər. Fars körfəzi ölkələri ilə yanaşı, İraq, Türkiyə, Pakistan və Əfqanıstan da mümkün radiasiya təhlükəsi ilə üzləşə bilər.
O, əlavə edib ki, İranın da belə bir hücuma cavab vermək imkanları nəzərə alınmalıdır. Politoloqun fikrincə, qarşılıqlı zərbələr İsraildəki nüvə obyektləri üçün də təhlükə yarada, radiasiya sızması ilə nəticələnə bilər.
Bununla yanaşı, M.Əsədullazadə hesab edir ki, hazırkı proseslərin taktiki nüvə silahının tətbiqinə gətirib çıxaracağı ehtimalı yüksək deyil. Onun sözlərinə görə, İranla bağlı danışıqlar yeni mərhələyə keçə bilər və ölkə prezidenti Məsud Pezeşkianın danışıqlarda iştirakı diplomatik həll imkanlarını gündəmdə saxlayır.
Politoloq hesab edir ki, nüvə silahının tətbiqi Yaxın Şərqdə mövcud geosiyasi nizamı köklü şəkildə dəyişə biləcək hadisə olardı.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 03 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber az xəbər az azerbaycanda son xeberler xeber