Afət Fərmanqızı Flora Kərimovaya 10 min manat ödəyəcək: "Bu pul nədir ki?
Afət Fərmanqızı Flora Kərimovaya 10 min manat ödəyəcək: "Bu pul nədir ki?"
Məhkəmədə uduzan müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min manat ödəyəcək.
Oxu.Az xəbər verir ki, hazırda Rusiyada yaşayan müğənni sosial şəbəkədə canlı yayım açaraq, məsələyə münasibət bildirib.
O, məhkəmənin çıxardığı qərarı yerinə yetirəcəyini deyib:
"Udanda nə olur ki?! Yeyib udmaq deyil ki, məhkəmədə udmaqdır. Mən buradan Floraya minnətdarlığımı bildirirəm ki, gecə-gündüz məni reklam edir. Çox şadam ki, Floranın hesabına saytlar gecə-gündüz məndən yazırlar. O boyda reklamın qabağında 10 min manat nədir ki?!
Uduzanda nə olur ki? İki nəfərdən biri udar, biri də uduzar. Belə şeylərlə başınızı yormayın.
Vəkilim Bakıdadır, həmin işlərlə o məşğul olur. Flora mənə nə edəcək? Flora məni söyüb, mən də onu söymüşəm. İş məndən 3 000 kilometr uzaqda, Azərbaycandadır. Mən isə Rusiyadayam. Söyüb, söymüşəm. Boynumdan atmıram ki".
Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızının onu təhqir etdiyini əsas gətirərək onu məhkəməyə verib və 100 min manat təzminat istəyib. Xalq artistinin vəkili Xavər İsmayılova deyib ki, hakim Aytən Novruzovanın sədrliyi ilə iki ilə yaxın davam edən məhkəmə bu gün yekunlaşıb.
Flora Kərimova Afət Fərmanqızını xüsusi ittiham qaydasında da məhkəməyə verib. Binəqədi Rayon Məhkəməsi Fərmanqızı barədə həbssiz axtarış qərarı çıxarıb.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Qızıl və gümüş bahalaşdı
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ