Afrikadan Cənubi Qafqaza uzanan əllər və ya Aİ niyə Fransanın dirjor çubuğu ilə hərəkət edir?

Afrikadan Cənubi Qafqaza uzanan əllər və ya Aİ niyə Fransanın dirjor çubuğu ilə hərəkət edir?Avropa Parlamenti (AP) dünyanın ən korrupsiyalaşmış təşkilatlarından biridir. İkili standartlardan çıxış edən, lobbiçilərin əlində oyuncağa çevrilmiş bu qurum ABŞ və müttəfiqlərinin yedək təşkilatı rolunda çıxış edir. Rusiyaya qarşı embarqolara qoşulmaqdan imtina edən Macarıstanın Avropa İttifaqının "ən korrupsiyalaşmış ölkəsi" kimi tanınması, dünyadakı münaqişələrə yanaşmada ədalət prinsipinin sonuncu, "strateji yaxınlıq meyarları"nın isə ilk pillədə yer alması, 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinə göz yumulması fonunda Azərbaycanın reinteqrasiya siyasətinə qarşı müqaviməti, Ukrayna və Moldovada suvenerliyin pozulması faktına amansız münasibəti qarşılığında uzun illər Azərbaycan torpaqlarının işğal altında qalmasına soyuqqanlı yanaşılması bunun bariz nümunəsidir.
"Qoca qitə"nin lokomotiv ölkələrindən olan Fransaya Emmanuel Makron kimi liderlik xüsusiyyətlərindən, idarəçilik keyfiyyətlərindən məhrum birinin rəhbərlik etməsi, Afrika və fransızdilli ölkələrə qədər uzanan imperialist siyasətin Cənubi Qafqaz və digər uzaq regionlarda davam etdirilməsi cəhdləri, Qoşulmama Hərəkatına üzv olan dövlətlərə qarşı təzyiqlər və digər təhrikedici məqamlar Fransanın dünya siyasətində rolunu azaldır. Sanki hansısa qüvvələr Fransanı məqsədli şəkildə zəiflətmək yolunu tutublar ki, Emmanuel Makronun ölkə rəhbərliyinə gətirilməsi bu planın tərkib hissəsidir. Makron müxtəlif dövlətləri Fransaya düşmən etməkdə, öz ölkəsində insan haqlarını pozmaqda, etiraz aksiyalarına çıxan fransızları zorakılığa məruz qoymaqda davam edir.
Məlumdur ki, Fransanın Azərbaycanda ciddi siyasi və iqtisadi maraqları olub və bunların hamısını təhlükə altına alaraq, birmənalı şəkildə Ermənistana dəstək göstərir. Nəinki dəstək göstərir, Azərbaycanın qazandığı tarixi qələbəni və qazanılan Zəfərin əhəmiyyətini azaltmağa çalışır, regionda sülhyaratma prosesini süni şəkildə tormozlayır. Fransa bir tərəfdən vasitəçilik missiyasından danışır, digər tərəfdən isə özünü təcrid edir. 
Fransanın drijor çubuğu ilə Avropa Parlamentinin Azərbaycanın əleyhinə qəbul etdiyi qətnamə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alır. 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı çoxsaylı qətnamələrinə etinasız yanaşanlar unudurlar ki, bu kimi üsullarla Azərbaycanı haqq mübarizəsindən geri çəkmək mümkün olmayacaq.
Müəllif: Azər Niftiyev / azxeber.com

Siyasi       Tarix: 06 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az sonxeber az ensonxeberler son xeberler azerbaycan